Fələstinli radikal Həmas İsrailin iki aylıq atəşkəs təklifini rədd edib. Elchi.az xəbər verir ki, bu barədə “Associated Press” anonim yüksək vəzifəli misirli məmura istinadən məlumat yayıb.
Xəbər verildiyi kimi, İsrail iki aylıq atəşkəs təklif edib, ona əsasən, Həmas fələstinlilərin azad edilməsi müqabilində israilli girovları azad edəcək. eyni zamanda hərəkatın lideri Yəhya Sinvar və digər liderlərin Qəzzanı tərk edərək başqa ölkəyə getməsinə icazə verilir.
HƏMAS rəhbərliyi anklavı tərk etməkdən imtina edərək və İsrail hərbçilərinin ərazidən tamamilə çıxarılmasını tələb edərək təklifi rədd edib. Hərəkat həmçinin mülki şəxslərin mübadiləsi başlamazdan əvvəl yekun atəşkəsin əldə olunmasında israrlıdır.
Havar Şəfiyeva






