Həmas, girovluqda olan iki uşaqlı israilli qadını azad etdiyini bildirib. Elchi.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
“Həmas Əl-Qəssam Briqadaları qrupuna görə, israilli qadın və uşaqlarının sərbəst buraxılması ilə bağlı görüntülər ortaya çıxıb”, – deyə telekanal qeyd edir.
“Əl-Cəzirə”nin məlumatına görə, uzaqdan çəkilmiş kadrlarda qadın və uşaqlar, eləcə də kişilərin – ehtimal ki, Həmas əsgərlərinin getdiyi görünür. Media aydınlaşdırır ki, qadın və uşaqlar İsraillə Qəzza zolağı arasında sərhəd ola biləcək hasarın yaxınlığındakı açıq ərazidədir.
Havar Şəfiyeva





