HƏMAS iddia edir ki, İsrail paytaxtına raket hücumu dinc əhalinin öldürülməsinə cavabdır.
Elchi.az xəbər verir ki, Fələstinin HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin paytaxtı Təl-Əvivə raket zərbəsi endirdiyini açıqlayıb.
Bu barədə qrupun Telegram kanalından məlum olub.
“İzz ed-Din al-Qassam Briqadaları Təl-Əvivə raket zərbələri endirib”, – məlumatda deyilir.
Qrup İsrail şəhərinə endirilən zərbələrin Qəzza zolağında dinc əhalinin öldürülməsinə cavab olduğunu vurğulayıb.
Şayəstə Hüseynova






