Radikal HƏMAS hərəkatının hərbi qanadı olan Fələstinin İzzəddin əl-Qəssam Briqadaları qrupu bəyan edib ki, son üç gündə onun döyüşçüləri İsrailin 79 hərbi texnikasını məhv edib.
Elchi.az xəbər verir ki, müvafiq bəyanat qrupun rəsmi Telegram kanalında dərc olunub.
“Son 72 saat ərzində Əl-Qəssam mücahidləri 79 hərbi texnikanı tamamilə və ya qismən məhv etməyə müvəffəq olub”, – Fələstin radikalları bildirib.
Nuranə Məmmədova






