Hesablama Palatasının sədri Vüqar Gülməmmədov BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə
50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda bildirilir:
Hörmətli Qüdrət müəllim, Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə ən səmimi hisslərimi, xoş arzularımı və ehtiramımı bildirirəm.
Siz, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü kimi fəal deputat mövqeyinizlə ictimaiyyətin dərin rəğbətini qazanmışsınız və ictimai-siyasi proseslərə obyektiv və özünəməxsus yanaşma tərzinizlə seçilirsiniz.
Sizi cəmiyyətdə həqiqi ziyalı və dövlət xadimi, layiqli vətəndaş və nəcib insan kimi tanıyır və qiymətləndirirlər.
Hörmətli Qüdrət müəllim, Sizi bir daha ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ictimai və millət vəkili fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Dərin hörmətlə,
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov



