"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Heydər Əliyev İli” çərçivəsində konfrans keçirildi – Foto

29 Mart 2023 - 18:50
in GÜNDƏM

“Heydər Əliyev İli” ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkürəsi” mövzusunda konfrans keçirilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, tədbirdə YAP İdarə Heyətinin üzvü, Millət vəkili Azər Badamov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Abşeron RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlamışdır.

YAP İdarə Heyətinin üzvü, Millət vəkili Azər Badamov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası məhz dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin sayəsində surətli inkişaf yolu tutmuşdur. Bu gün müxtəlif istiqamətlər üzrə əldə olunan bütün yüksək nəticələrin təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Millət vəkili vurğulamışdır ki, Ulu Öndər ölkəmizi və xalqımızı bütün dəhşətli ssenarilərdən, dövlət müstəqilliyimizin itirilməsindən xilas etmişdir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da çıxışında qeyd etmişdir ki, tarix mövcud zamandan və şəraitdən düzgün istifadə etməyi bacaran, xalqını irəli, dövlətini ucaldan nadir şəxsiyyətlər yetişdirir. Onun sözlərinə görə, Azərbaycan xalqının da xoşbəxtliyi onda idi ki, Heydər Əliyev kimi dahi şəxsiyyətə sahib idi.

Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Vətən Müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova və Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu, Abşeron RİH yanında İctimai Şuranın üzvü Vəli Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, respublikamızın inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və dövlət müstəqilliyini qorumaq, daha da inkişaf etdirmək və dünya dövlətləri sırasına ucaltmaq üçün müəyyənləşdirdiyi uğurlu siyasi kursdan danışmışlar.
Sonda çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kurs bugünki güclü Azərbaycanın bərqərar olmasına gətirib çıxarmışdır. Ulu Öndərin ən böyük arzusunun işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması olduğunu vurğulayan RİH başçsı qeyd etmişdir ki, bu arzu da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi sayəsində döyüş meydanında düşmən üzərində şanlı qələbə qazanmaqla reallaşdırıldı.

Tədbirin sonunda Vətən Müharibəsi qazisi Vasif Allahverdiyev və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin Abşeron Rayon Şöbəsinin sədri Süleyman Cəfərov YAP sıralarına qatılması münasibəti ilə təbrik edilmiş və onlara partiyanın vəsiqələri təqdim olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bayramov Netanyahu ilə görüşdü – Foto

Next Post

Baş Kollektiv Sazişi təsdiq edildi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
AİH Müşahidə Şurasının növbəti iclası keçirildi

Baş Kollektiv Sazişi təsdiq edildi

Finlandiya yaxın günlərdə NATO-ya daxil olduğunu elan etdi

Finlandiya yaxın günlərdə NATO-ya daxil olduğunu elan etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.