"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Heydər Babayev bankını necə itirdi – imperiyanın çöküşü

03 Oktyabr 2016 - 09:27
in XƏBƏR LENTİ

Heydər Babayev bankını necə itirdi - imperiyanın çöküşü Sabiq nazir “Bank Standart”dan əvvəl holdinqə məxsus “Standart Kapital”ın da fəaliyyətini dayandırıb; Londonda məskunlaşan “AB Standart”ın rəhbəri şirkətlərinin əhəmiyyətli hissəsini satmaq istəyir

Sentyabrın 30-da ölkənin ən iri banklarından olan “Bank Standart”ASC-nin lisenziyası ləğv olunub. Qərarı Maliyyə Bazarlarına Nəzarət Palatası qəbul edib. “Bank Standart” sabiq iqtisadi-inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi “AB Standart” Holdinqə daxildir.
“Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” daxildir. “AB Standard” QSC lizinq, sığorta, bank, hüquq, istehsal, otelçilik və digər sahələrdəki bir neçə şirkəti idarə edir. Heydər Babayev bir neçə dəfə rəsmən bəyan edib ki,  holdinq 100 faiz özünün mülkiyyətidir.
Sabiq iqtisadi inkişaf naziri mərhum prezident H.Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən H.Babayev 1999-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Fərhad Əliyevin həbsindən sonra onun kreslosuna əyləşən H.Babayev  2008-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Prezident seçkilərindən sonra o, yeni təsdiqlənən Nazirlər Kabinetində yer ala bilmədi. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan H.Babayev  holdinqin əsasını hələ 1995-ci ildən qoyub.  Vergilər Nazirliyinin məlumat bazasında isə holdinqin 2002-ci ildə yaradıldığı qeyd olunur. Ötən il açıqlanan hesabatda qeyd edilirdi ki, “AB Standard”ın səhmlərinin 50%-i Babayevlər ailəsinin üzvü Aliyə Qazıyevaya məxsusdur. Qalan 50% isə “naməlum ailənindir”.
Image result for Bank Standart
H.Babayevin biznesinin krizisdə olduğu barədə xəbərlər hələ ötən ilin əvvəlində vardı. Əvvəl holdinqə məxsus olan “Standart Kapital” MMC (nizamnamə kapitalı 200 min manat) broker fəaliyyətini dayandırdı və bazardan çəkildi. 
 
“Standart Kapital” broker və diler fəaliyyəti ilə 2004-cü ildən məşğul idi və kifayət qədər də geniş fəaliyyət göstəriridi.
H.Babayevin holdinqinin bu ilin əvvəlində açıqladıqları maliyyə hesabatında da şirkətlərin göstəricilərinin xeyli pisləşdiyini gizlətməmişdilər. Bank və sığorta göstəriciləri xeyli pisləşən holdinqin təkcə manatın iki devalvasiyasından zərəri 69 milyon manatdan çox idi. Hesabatda deyilirdi ki, holdinq istehsal, sığorta və bank sektorlarında toplam 121.5 milyon manat zərərə düşüb. “Dərnəgül Boru Zavodu” QSC-də maliyyə hesabatında da  8 milyon manat zərərə düşdüyü açıqlamışdı. “Bank Standard”a gəlincə, hesabatda bildirilird ki, depozit və bank hesablarının toplam məbləği 33.6 faiz artaraq, 991.7 milyon manata çatıb. Yəni prinsipcə, bankın işi pis getmirdi.
Amma iyulun 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın sağlamlaşdırılmasını “Azər-Türk Bank”  ASC-yə həvalə etdi. Sentyabrın 30-da isə bankın lisenziyası ləğv edildi. Qərarda bildirilib ki, bankın problemləri əvvəlki rəhbərliyin idarəetmədə və investisiya-kredit siyasətində nöqsanları ilə bağlı olub. Elə həmin gün banka müvəqqəti sədr də təyin edib. Bu gün-oktyabrın 3-də bankın müflisliyi haqqında iddia məhkəməyə göndərəcək. Məhkəmə bankın öhdəliklərini müəyyən edəcək və ləğvedici qanunvericiliyə əsasən onları tənzimləyəcək. Bankın əmanətlərin ümumi həcmi 520 mln. manatdır.  Bu məbləğin 460 mln. manatı sığortalanmış əmanətlərdir.
“Bank Standart” Azərbaycan banklarının ilk beşliyinə daxil idi, depozit həcminə görə isə ikinci yeri tuturdu. Məlumatlara görə, H.Babayev digər şirkətləri də ciddi maliyyə böhranı yaşayır. İlin çoxunu Londonda  olan(iddia var ki, onun ailəsi İngiltərə vətəndaşlığı alıb) H.Babayev biznesinin əhəmiyyətli hissəsinin satmaq da istəyir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Mahmudovun həbs ediləcək?

Next Post

Xərçəng xəstəliyi dünya üzrə “cavanlaşır” – səbəblər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Xərçəng xəstəliyi dünya üzrə “cavanlaşır” – səbəblər

Moskva İrəvanı silahlandırmaqla bərabər... – Şərh

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.