Elchi.az Ölkə.Az-a xəbər verir ki, şirkət tarixində ilk dəfədir ki, hicablı gəlincik istehsal edilib. Yeni “Barbie” gəlincikləri amerikalı qılıncoynatma ustası İbtihac Məhəmmədin şərəfinə buraxılıb. İbtihac 2016-cı ildə ABŞ komandasını Olimpiya Oyunlarında hicabla təmsil edən ilk idmançı olub.
Hicabdan başqa gəlinciyə qılıncoynatma idmanı ilə məşğul olan idmançının paltarı geyindirilib. Gəlinciyin əlində dəbilqə və qılınc var. Gəlinciklər 2018-ci ildə satışa çıxacaq.





