Azərbaycana fəxri doktor kimi səfər etmək istəyirəm. Bu istəyimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılıb.
Elchi.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məsələ üzərində işləyir.






