Hindistan təhlükəsizlik zəifliyi ilə bağlı narahatlıqlar səbəbilə hərbi pilotsuz uçuş aparatları istehsalçılarına Çin hissələrini istifadə etməyi qadağan edib. Elchi.az xəbər verir ki, Reuters bu barədə müdafiə və sənaye müəssisələrinin nümayəndələrinə istinadən xəbər verir.
Bu addım Yeni Dehlinin pilotsuz təyyarələrdən istifadəni artırmaq üçün davam edən hərbi təkmilləşdirmələri fonunda atılıb. Qeyd olunur ki, Hindistan təhlükəsizlik rəsmiləri kəşfiyyat məlumatlarının toplanmasına kameralar, radio ötürücü sistemlər və dron əməliyyat proqramları da daxil olmaqla Çindən gələn təfərrüatlar tərəfindən təhlükə yarada biləcəyindən narahatdırlar.
Daha əvvəl məlum olub ki, ABŞ Hindistanla Amerikanın “MQ-9B SeaGuardian” dəniz kəşfiyyatı pilotsuz təyyarələrinin tədarükü üçün böyük müqavilə bağlamaq istəyir. Həyata keçirilməsi bir neçə il üçün nəzərdə tutulan əməliyyatın məbləği iki-üç milyard dollara çata bilər.
Havar Şəfiyeva





