Hindistan Kosmik Agentliyi xəbər verir ki, Hindistan robot-kosmik stansiyası Yer ətrafında orbitini tamamlayıb və Aya doğru manevrini uğurla yerinə yetirib.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, “Çandrayaan-3” Yer ətrafında orbitini tamamlayıb və Aya doğru gedib.
“Uğurlu buraxılış kosmik gəmini Ay orbitinə çıxardı”, – deyə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının Tvitter hesabında yazılıb.
Avqustun 5-də “Çandrayaan-3”-ün Ay orbitinə çıxacağı gözlənilir. Bundan sonra stansiya kosmik gəmini ayın səthindən təxminən 100 kilometr uzaqlıqdakı son orbitinə çıxarmaq üçün dörd orbital manevr etməlidir.
Eniş hissəsinin ayrılması avqustun 17-də baş tutacaq. Eniş aparatının avqustun 23-ü İST vaxtı ilə 17:47-də Ay səthinə enməsi gözlənilir. “Çandrayan-3” missiyası əvvəlki “Çandrayan-2” missiyasının buraxılışı zamanı buraxılmış mümkün səhvləri düzəltmək üçün nəzərdə tutulub.
Yeganə





