Britaniya hökumətinin sözçüsü Hindistan hakimiyyətinin Böyük Britaniya ilə ticarət danışıqlarını davam etdirməkdən imtina etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Hindistan üçün əsas kimi İngiltərənin Pəncab əyalətinin ölkədən ayrılmasının tərəfdarı olan siqhizm ardıcıllarının separatçı hərəkatını pisləməkdən imtina etməsini göstərib.
Həmçinin bildirilir ki, London hindistanlı miqrant işçiləri sığorta haqqı ödəməkdən azad etməkdən imtina edib. Böyük Britaniyada onlar bu halda digər ölkələrin də oxşar güzəştlər tələb edə biləcəyini və Britaniya xəzinəsinin gəlirlərinin ildə yarım milyard funt sterlinq azalacağını bildiriblər.
Yeganə





