Hindistan təxminən 40 kanadalı diplomatın oktyabrın 10-dək vətənə qayıtmasını tələb edib. Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu tarixdən sonra Hindistanda qalan kanadalı nümayəndələr diplomatik toxunulmazlıqlarını itirə bilərlər. Mənbələrdən biri Hindistanda 62 kanadalı diplomatın işlədiyini bildirib.
Daha əvvəl bildirilmişdi ki, Hindistan sentyabrın 21-dən Kanada vətəndaşlarına viza verilməsini dayandırıb.
Havar Şəfiyeva






