Hindistanın “Kanada diplomatlarının Hindistanın daxili işlərinə qarışmasını” əsas gətirərək, ölkədən diplomatlarının sayını azaltmağı tələb etdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi mətbuat konfransında Kanadada separatçı Sıx təşkilatı Khalistan Liberation Force (KLF) rəhbəri Hardeep Singh Niccarın öldürülməsindən sonra yaranan mübahisə ilə bağlı qiymətləndirmələr edib.
Bağçi, hökumətin Kanadadan ölkədəki diplomatik varlığını azaltmasını istədiyini, buna səbəb kimi “Kanada diplomatlarının Hindistanın daxili işlərinə qarışmasını” göstərdiyini bildirib.
Şayəstə Hüseynova





