2050-ci ilə qədər sıfır istixana qazı emissiyasına nail olmaq üçün Hindistana 12,7 trilyon dollar investisiya lazımdır. Elchi az “Bloomberg”ə istinadən xəbər verir ki, vəsait enerji sektoruna yönəldiləcək.
27 il ərzində hədəfə çatmaq üçün Hindistanın son tarixdən əvvəl illik 438 milyard dollar investisiyaya ehtiyacı olacaq. Müqayisə üçün qeyd edək ki, ötən il ölkə hakimiyyəti havanın çirklənməsi ilə mübarizəyə ümumilikdə 17 milyard dollar xərcləyib. Təkcə elektrik enerjisi istehsal gücünün genişləndirilməsinə ümumi investisiya, ekspertlərin fikrincə, 2050-ci ilə qədər 2,8 trilyon dollara çatmalıdır. Bu məbləğin 2,7 trilyon dolları və ya ildə 90 milyard dollardan çoxu aşağı karbonlu enerjinin inkişafına sərmayə qoyulmalıdır.
Bundan əvvəl “CNBC” Avstraliyanın ANZ bankının analitiklərinin proqnozuna istinad edərək bildirlib ki, ölkə hakimiyyətinin iqtisadiyyatı karbonsizləşdirmə cəhdlərinə baxmayaraq, 2030-cu ilə qədər Hindistanda neft və kömürə tələbat əhəmiyyətli dərəcədə artacaq. Bu, sənayenin və digər əsas sektorların artan enerji tələbləri ilə şərtlənəcək, onların əksəriyyəti çox güman ki, qalıq yanacaqlar hesabına qarşılanmalı olacaq.
Havar Şəfiyeva




