Hindistanda əczaçılıq fabrikində iki reagentin qarşılıqlı təsiri və partlayış nəticəsində iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, Hindistanın Andhra Pradeş ştatının Anakapalli bölgəsində əczaçılıq şirkətində iki reagentin qarşılıqlı təsiri nəticəsində partlayış baş verib.
.Ümumilikdə 35 nəfərin olduğu fabrikdə 28 işçi çarəsizcə özünü çölə atıb. İki nəfər hadisə yerində ölüb, beş nəfər isə ağır yaralanıb. Əraziyə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər göndərilib. Yaralılar xəstəxanada müalicə olunarkən fabrik yararsız hala düşüb.
Nuranə Məmmədova





