
Hindistanın cənub ştatları Andxra-Pradeş və Telanqanada anomal isti hava şəraitinin qurbanlarının sayı 150 nəfəri keçib.
ANS PRESS-in məlumatına görə, Telanqana ştatında 73, Andxra-Pradeşdə isə 80 nəfər həyatını itirib. Bu barədə yerli NDTV kanalı bildirir.
Sinxua agentliyi isə yerli məmurlara istinadən bildirir ki, ölənlərin çoxu evsizlərdir. Bundan əvvəl 65 nəfərin öldüyü barədə xəbərlər yayılmışdı.
Yerli metereolaqlar isə xəbər verir ki, yaxın günlərdə temperatur artmayacaq. İstidən əziyyət çəkən ştatların hakimiyyət qüvvələri insanlara ehtiyyatlı olmağı və mümkün dərəcədə evdən çıxmamağı tövsiyyə edir.
Hindistanda temperaturun 40 dərəcənin üstündə olması ilin bu vaxtı üçün xarakterikdir. Bu zaman regiondan asılı olaraq martdan iyuna kimi gələcəkdə yağış sezonu ilə əvəz olunacaq quru sezon gəlir.
Bu aylardan ən çox isti və quru aprel və may sayılır.



