Hindistanın Uttarakhand əyalətində 5 nəfər iş adamını öldürmək üçün kobradan istifadə edib.
Elchi.az xəbər verir ki, Hindustan Times-ın məlumatına görə, polis rəsmiləri iyulun 15-də Haldwani şəhərinin Teenpani rayonu yaxınlığında park edilmiş avtomobilində ölü tapılan 30 yaşlı iş adamı Ankit Çauhanın ölüm səbəbinin “ilan zəhəri” olduğunu açıqlayıb.
Səlahiyyətlilər, ilan təlimçisi Ramesh Nath-ın Chauhan’ı kobradan istifadə edərək öldürmək və qətli qəza kimi göstərmək ittihamı ilə həbs edildiyini, hadisədə iştirak edən digər dörd nəfərin isə qaçdığını bildirib.
Böyük polis əməkdaşı Nainital Pankaj Bhatt verdiyi açıqlamada Çauhanın telefon zənglərinin skan edildiyini və onun Mahi adlı qadınla əlaqə saxladığını öyrəndiklərini bildirib.
Mahinin Uttar Pradeş əyalətindən bir ilan təlimçisi ilə əlaqə saxladığını qeyd edən Bhatt, bu şəxsin nəzarətə alındığını bildirib.
Bhatt bildirib ki, ilan təlimçisi sorğu-sual zamanı Mahinin dostu və iki köməkçisinin Çauhanın üzərinə kobra ataraq onu öldürməyə cəhd etdiyini etiraf edib.
İstintaqın ilk mərhələsində Çauhanın kilidli olduğu avtomobildə dəm qazından zəhərləndiyi düşünüldüyünü qeyd edən Bhatt hadisənin iyulun 14-də Çauhanın Mahinin evinə qonaq gəldiyi zaman baş verdiyini bildirib.
Bhatt, evdə olan digər dörd müttəhimin Chauhan’ın spirtli içki və ya buna bənzər bir maddə içərək huşunu itirməsinə səbəb olduğunu təxmin etdiklərini, kobranı onun üzərində qoyduğunu və daha sonra Çauhanı avtomobillərinə apardıqlarını söylədi.
Şayəstə Hüseynova





