Hindistanın Karnataka ştatının sakini keçmiş sevgilisini qaçıraraq ondan pul tələb etməkdə şübhəli bilinir.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
Oğurluğun qurbanı proqramçı mühəndis və İT şirkətinin əməkdaşıdır. İl yarım davam edən münasibətdən sevgilisinin ailəsi xəbər tutub. Atası toy planlaşdırmışdı, lakin bir neçə həftə əvvəl gənclər ayrıldılar.
Bundan sonra oğlan iyunun 16-da şənliyə dəvət olunub. Bunu keçmiş sevgilisinin qohumları təşkil edib. Bayram zamanı qız ondan 30 milyon rupi tələb edib və münasibətləri barədə heç kimə danışmamalı olduğunu deyib.
Kişi əlində olan bütün pulu ona verib, amma qız bununla kifayətlənməyib. Qız onu banka onlayn kredit üçün müraciət etməyə və bütün borcu ödəməyə məcbur edib.
Pulun bir hissəsi dərhal qızın əlaltılarına köçürülüb, üstəlik, sonuncu ondan pul və qiymətli əşyalar, o cümlədən “iPhone”, noutbuk və qızıl zəncir götürüb.
Sonra o, qurbanı maşına mindirərək Banqalorun şimalında qoyub. O, zərərçəkmişin iyunun 19-da verdiyi şikayət əsasında cinayət ortaqlarından biri ilə birlikdə saxlanılıb. Mənbənin sözlərinə görə, ümumilikdə şübhəli keçmiş sevgilisindən 2,1 milyon rupiyə yaxın pul alıb.
Yeganə






