Ölkənin şimalındakı Uttar Pradeş ştatında son 2 gündə 34 nəfər istilər səbəbindən həyatını itirib.
Elchi.az xəbər verir ki, Hindistan Meteorologiya İdarəsi (IMD) Ballia bölgəsində havanın temperaturunun mövsümi normaları aşaraq 42,2 dərəcəyə yüksəldiyini açıqlayıb.
Həkimlər bildiriblər ki, əyalətdə son 2 gündə 34 nəfərin öldüyü istilər səbəbindən yaşı 60-dan yuxarı olanlar çölə çıxmasın.
Aprel, may və iyun aylarının ümumiyyətlə isti keçdiyi Hindistanda son illərdə havaların istiliyinə görə çox daha ciddi təsirlər müşahidə olunur.
İsti dalğalar tez-tez su çatışmazlığına səbəb olur və milyonlarla insana təsir edir.
Hindistan, Banqladeş, Tayland, Filippin, Vyetnam və Laos da daxil olmaqla, region ölkələrində də rekord temperatur müşahidə olunur.
Nuranə Məmmədova




