Hindistanın Baş naziri Narendra Modi ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Baydendən rəsmi dövlət səfəri üçün dəvət alıb.
Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.
İyunun 22-də Ağ Evin bağçasında 21 silahlı topla başlayacaq qarşılanma mərasimi və dövlət şam yeməyindən bir gün əvvəl Modinin Bayden ailəsi ilə xüsusi şam yeməyi yeyəcəyi açıqlanıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, səfər zamanı Bayden və Modinin birgə mətbuat konfransı keçirib-keçirməyəcəyi məlum deyil.
Kirbi ABŞ və Hindistanın Dördlü Təhlükəsizlik Dialoqu (QUAD) və Hind-Sakit Okean regionunda müdafiə və əməkdaşlıq sahəsində tərəfdaşlığını vurğulayaraq deyib:
“Haqqında danışılası çox şey var. Səfəri səbirsizliklə gözləyirik”.
Modi ABŞ təmasları çərçivəsində Vaşinqtondakı Con Kennedi Mərkəzində yüksək səviyyəli şirkət rəhbərləri ilə də görüşəcək.
Qeyd edək ki, iyunun 22-də ABŞ Konqresinin birgə iclasında çıxış etmək üçün Nümayəndələr Palatası və Senat tərəfindən dəvət edilən Modi ikinci dəfə ABŞ Konqresində çıxış edən ilk Hindistan baş naziri olacaq.
Yeganə






