Hindistanın baş naziri Narendra Modi Tejas yüngül döyüş təyyarəsi ilə uçuş həyata keçirib.
Elchi.az xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi Hindistan Hərbi Hava Qüvvələri Komandanlığının döyüş təyyarəsi istehsalçısı “Hindustan Aeronautics Limited” (HAL) şirkətinə səfəri zamanı Tejas Yüngül Döyüş Təyyarəsi (LCA) ilə uçuş həyata keçirib.
“Tejas” Hindustan Aeronautics Limited tərəfindən istehsal edilən Hindistan çoxməqsədli döyüş təyyarəsidir. Təyyarənin hazırlanmasına 1980-ci illərdə köhnəlmiş MiQ-21 təyyarəsini əvəz etmək üçün başlanılıb və o, ilk uçuşunu 4 yanvar 2001-ci ildə edib və 2015-ci ildə xidmətə başlayıb. Təyyarə tək mühərrikli mürəkkəb delta qanad dizaynına malikdir və üfüqi stabilizasiyaya malik deyil.
Nuranə Məmmədova




