"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hitlerin azərbaycanlılara müraciəti – Nadir sənəd

04 Avqust 2016 - 09:07
in XƏBƏR LENTİ

Azərbaycan mühacirət tarixinin önəmli bir mərhələsi də İkinci Dünya müharibəsi illərinə aiddir. Almaniyanın ardıcıl qələbəsi, SSRİ üzərinə gözlənilən hücum mühacirətdə yaşayan keçmiş azərbaycanlı siyasi liderlərin də aktivləşməsinə səbəb olmuşdu.
Alman hökuməti hələ SSRİ-yə hücum etməmişdən qabaq da Qafqazda onlara yardım edə biləcək siyasilərlə ilkin əlaqələr qurmuşdu.
Hələ 1941-ci ilin mayında Berlinə dəvət olunan Məhəmməd Əmin Rəsulzadəyə Almaniya hökumətinin Qafqaz məsələləri üzrə müşaviri olmaq təklif edilmişdi. Rəsulzadə isə bu əməkdaşlıq təklifinə müqabil 4 şərt irəli sürmüşdü. Bu şərtlərdən ən əsası Azərbaycanın azadlığı idi: “Azərbaycan almanlar tərəfindən azad edildiyi təqdirdə həm daxili, həm də xarici siyasətdə müstəqillik alacaqdır”.
Almaniya hökuməti isə qalibiyyət və məğlubedilməzlik əhval-ruhiyyəsi ilə hələ ki, bu şərtləri qəbul etmək istəmirdi. Onlar Qafqazdakı siyasi vəziyyətlə bağlı qərarlarını ərazi bolşeviklərdən təmizlənəndən sonra vermək niyyətində idilər. Lakin Almaniyanın 1941-ci ilin sonunda Moskva ətrafındakı uğursuzluğundan sonra hökumət siyasi mühacirlərin nüfuzundan istifadə etməyə, legionların təşkil edilməsinə qərar verdi.

1941-ci ilin avqustundan etibarən Sovet əsirləri milliyyətlərinə görə bölünüb, ayrıca düşərgələrdə yerləşdirilməyə başlanıldı. 1942-ci ilin yanvarından etibarən isə Sovet İttifaqının qeyri-rus xalqlarının nümayəndələrindən ibarət Şərq legionlarının yaradılmasına start verildi.

Alman Baş Komandanlığının təklifi

İnternet üzərindən auksionda aldığım bir broşürdə azərbaycanlı əsgərlərin Hitler ordusuna keçmələri üçün onlara verilən vədlər qeyd olunub. Broşür latın qrafikasında çap olunub. Çünki legionerlərin Almaniyada çıxardıqları “Azərbaycan” qəzeti də latın qrafikası ilə çap olunurdu və böyük ehtimalla bu broşün mətnini də onlar hazırlayıb. Digər tərəfdən, Sovet ordusunda vuruşan azərbaycanlı əsgərlər latın qrafikası ilə təhsil aldıqları üçün müraciət həmin qrafika ilə hazırlanıb .

Qeyd edək ki, bu işlə “Fəal Təbliğat” xidməti məşğul olurdu. Bu xidmətin əsas vəzifəsi sovet ordusunun hərbi qulluqçularını almanlar tərəfə keçməyə çağıran vərəqə və plakatların, eləcə də, almanların ön cəbhədə istifadə etdikləri lent yazılarının hazırlanmasından ibarət idi. Bu vərəqələr SSRİ-də yaşayan xalqların  – Azərbaycan, gürcü, rus, erməni, qumuq, kalmık, çeçen və tatar dillərində tərtib edilmişdi .

Broşürün mətni belədir:

“Azərbaycanlılar!

Öz günəşli Vətəninizə, öz doğma torpağınıza, sizi səbirsizliklə gözləyən öz arvad-uşaqlarınızın yanına geri qayıtmaq istəyirmisiniz? Qalibiyyətli alman ordusu tərəfindən azad edilən yerlərdə; kəndlilər Hitlerin aqrar reforması sayəsində yenidən xüsusi torpaqlara sahib olmaqla, xüsusi mal-qara saxlamaq hüququna malik olmuşlar.

Siz yenidən azad edilən torpaqda azad kəndli olmaqmı və ya köhnə qaydalara qayıtmaqmı istəyirsiniz? Yenə də kolxozlara, sovxozlara möhtac olmaq, talançı hazırlıqlara, fəlakətə, NKVD-nin zülmlərinə, köləliyə məruz qalmaq və ya sürgünlərə və icbari işlərə qayıtmaqmı istəyirsiniz?

Bolşevizmin və bununla bərabər və xüsusən özünün mütləq məhvini görən Stalin, əlacsız can çəkişmələrində sizi yeni hücumlara qovur. Stalin öz məhvinin vaxtını uzatmaq məqsədilə Amerika və İngiltərə kapitalistləri ilə birləşmişdir. O, bu qış bütün qüvvəsilə hücuma keçməyi amerikan və ingilis kapitalistlərinə vəd etmişdir. Alman qoşunları özlərinin yaxşı hazırlanmış qış pozisiyalarında istirahət etdikləri və ilin ən yaxşı vaxtında döyüşə hazırlandıqları bir halda, Stalin sizi ac və yarımçılpaq bir vəziyyətdə hücuma və qəti ölümə göndərir.

Azərbaycanlılar!

Bu əqilsizliyi bitirməyin vaxtı çatmışdır. Azərbaycanlı qardaşlarınızın dəstələrində birləşiniz. Alman silahı atəşindən məhv olmağı gözləməyin. Bizim tərəfimizə inamla gəliniz! Sizin arvad-uşaqlarınız, ata-analarınız və qohum-qardaşlarınız buna şad olacaqlar və bizə isə təşəkkür edəcəklər!  Sizdən hər hansınız bizim tərəfimizə könüllü keçərsə, biz onunla bir dost kimi rəftar edəcəyik. Öz xalqının gözəl gələcəyini qurmaq işində ona hər cür imkanlar veriləcəkdir.

Azərbaycan azad olacaqdır!
Azərbaycanlılar, Vətəninizi azad etməyə kömək edin!

Almaniya Baş Komandanlığı”.

Keçmək vəsiqəsi:

“Bu vəsiqə Qızıl Ordunun çoxlu miqdarda döyüşçü, komandir və siyasi işçilərinə məxsus olmaqla, müharibənin sonuna qədər etibarlıdır. Hitlerin yeni əmri üzrə bizim tərəfimizə könüllü keçənlərlə biz xüsusi olaraq yaxşı rəftar edirik.

Onlara xüsusi vəsiqələr veririk. Almaniya komandanlığı hərbi əsirlərin familiyalarını elan etmir. Çalışmaq istəyənləri öz ixtisasları üzrə işə təyin edirik. Özünüzlə şinel və koteloq götürməyi unutmayın.

Alman qoşunlarının tərəfinə vəsiqəsiz də keçmək olar. İki əlini qaldırıb: “Stalin kaput”  və ya “Ştıki v zemlyu” çığırmaq kifayət edər”.

Dilqəm Əhməd (Yazı müəllifin tezliklə çap olunacaq “Mühacirlərin dönüşü” kitabındandır).

Teleqraf.com

1 / 3

StartStop
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Tarix
9 May 2016 / 14:02
Müəllif
Axar.az

Şərhlər

Ən çox izlənənlər

.

“Heydər Əliyev prezident oğlu olduğunu hiss etdirmir”

Bəşirdən Ərdoğana jest: Gülən məktəbləri bağlanır

“Tayms”ın üz qabığında görünən lider devrilir – Şok iddia

Öldürülən türk generalı ABŞ-a işləyirmiş

Putin Medvedyevi istefaya göndərir – FT

Rövşən Lənkəranskiyə Ermənistanda çıxarılan hökm

Obamanın qızının bu rəqsi ABŞ-ı silkələdi – Video

Medvedyevin istefa xəbərinə Kremldən – Reaksiya

KULT
  • “Qurdlar vadisi”nin aktyoru Bakıda
  • Bramsın əsərləri Qəbələ festivalında – Foto/Yeniləndi
  • Dünya filminin iki nəhəngi bir araya gəlir
  • Saday Şəkərlinin cəzası azaldıldı
  • Obamanın qızının bu rəqsi ABŞ-ı silkələdi – Video
  • Mirzə Cəlilin Qurbanəliyə məktubu: “Nə deyim…“
  • Milli Kino Günündə möhtəşəm müharibə filmi
  • Xalq artistinin vəziyyəti pisləşdi
  • Kubanın məşhur ansamblı Qəbələdə
  • Milli kinomuzun 118 yaşı tamam oldu – Video

<>

Xəbər xətti

  • prev
  • next
4  Avqust 2016

“Hummer” ağaca çırpıldı
08:55

Serb lider ərəblərə silah satışından danışdı
08:45

Hitlerin sağ əlinin gündəlikləri tapıldı
08:30

Prezidentin “Oğuz xan” kitabı çapa hazırlanır
08:15

Ermənistanı gözləyən təhlükə yaxınlaşır
08:00

İranlı aparıcı canlı yayımda huşunu itirdi – Video
02:00

Rio-2016-da nə qədər medal qazanacağıq? – Proqnoz
01:50

Gəncədə 22 yaşlı oğlan bıçaqlandı
01:40

Yeni antibiotik aşkarlandı
01:30

Fransızlar sevindi, “Fənərbaxça” üzüldü
01:20

“Əgər gəlməsələr, bu, ermənilərin məsuliyyətidir”
01:10

Gülən ruhi xəstəxanada yatıb – İddia
01:00

Sürücü polisi vurub, qaçdı – Şirvanda
00:51

Salyanda kişi çaqqalların hücumuna məruz qaldı
00:42

Plastik qablardan istifadə edənlər – Diqqət
00:33

Gürcüstanda iki soydaşımız namizəd oldu – Foto
00:24

PKK-çılar xüsusi təyinatlıları atəşə tutdu
00:15

Bakı Olimpiadası rekorda imza atacaq – Vitse-prezident
00:06
SORĞU

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanı gözləyən təhlükə yaxınlaşır

Next Post

Səlim Müslimovun korrupsiya ocaqlarından biri söndürülür

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Səlim Müslimovun korrupsiya ocaqlarından biri söndürülür

Yer kürəsi təhlükədə, dünya məhv ola bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.