"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hitlerin çıxış etdiyi tribunanı partlatdı və… – FOTOLAR

17 Oktyabr 2014 - 21:40
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Ağır işgəncələrdən sonra Elser hər şeyi boynuna alır.img1657453
 
“Mən hesab edirdim ki, Almaniya 3 nəfərin hakimiyyətdən uzaqlaşdırılması ilə dəyişə bilər: Hitler, Goering və Goebbels…”
 
Hitler tribunadan düşəndən bir neçə dəqiqə sonra dəhşətli partlayış baş verəcəkdi…
KOMMUNİST DÜLGƏR
Johann Georg Elser kasıb ailədə doğulmuşdu. Atası həmişə evə içkili gələr, anasını döyərdi. Elser müstəqil həyat yaşamaq üçün dülgərliyi öyrənməyə başlayır.
Bundan sonra Almaniyanın müxtəlif şəhərlərində mebel, saat fabriklərində işləyir. Kommunistlərə də fəhlə işləyərkən qoşulur – Qırmızı Cəbhə Döyüşçüləri Assosiasiyasına.
Tez-tez işsiz qalan, br neçə qadınla münasibəti olsa da, ailə həyatı alınmayan Elser 30-cu illərin sonunda partlayıcı istehsal edən zavoda işə düzəlir. Hitleri öldürmək ideyası da onun ağlına burda gəlir.
Georg Elser
Georg Elser
Bu o vaxt idi ki, Hitler kommunistləri əsir düşərgələrinə, həbsxanalara doldururdu. Elser nasist liderinə hələ hakimiyyətə yenicə gələn vaxtlarından nifrət edirdi.
Amma eyni zamanda Elser ateist deyildi, protestant idi. Sonralar Gestapodakı istintaq zamanı deyəcəkdi ki, kilsəyə getmək, İsa Məsihə dualar etmək onu sakitləşdirir:
“Mən ruhun cismani ölümdən sonra da mövcudluğunu sürdürdüyünə inanırdım. Həm də inanırdım ki, cənnətə getmək üçün bu haqqı qazanmaq lazımdır. Mən öz hərəkətimlə daha çox qanların axıdılmasının qarşısını almaq istəyirdim”.
Adolf Hitler
Adolf Hitler
1939-cu ilin noyabrında Berlindəki beş günlük istintaq zamanı o belə deyəcəkdi:
“Məni yalnız o düşündürürdü ki, fəhlələrin maddi vəziyyətini necə yaxşılaşdırım və necə edim ki Almaniya müharibəyə sürüklənməsin.
Məni bu əmələ heç kəs sövq etməyib. Hətta Moskva radiosundan da mən heç zaman rejimi devirmək çağırışı eşitməmişəm.
Mən hesab edirdim ki, Almaniya 3 nəfərin hakimiyyətdən uzaqlaşdırılması ilə dəyişə bilər: Hitler, Goering və Goebbels… Mən nasizmi məhv etmək istəmirdim…”
KƏŞFİYYAT
Elser Hitleri aradan götürmək planını Münxendə həyata keçirməyə qərar verir. O zaman Münxen nasizmin əsas yuvası sayılırdı. Hər il burada Pivə qiyamının ildönümü qeyd edilirdi (1923-cü ildə Hitlerin hakimiyyəti ələ keçirməyə uğursuz cəhdinin ildönümü).
Hitler də gəlib oradakı mərasimdə çıxış edirdi. 1938-ci ilin noyabrından başlayaraq Elser həmin şəhərə səfər etməyə, mərasimin keçirildiyi məkanları nəzərdən keçirməyə, öyrənməyə başlayır.
Bürgerbräukeller zalı, 1923-cü ildə nasistlərin toplantısı
Bürgerbräukeller zalı, 1923-cü ildə nasistlərin toplantısı…
Sonradan o müstəntiqlərə etiraf edəcəkdi ki, “partlayıcı üçün ən münasib yerin tribunanın arxasındakı sütun olduğunu özüm üçün qətiləşdirdim. Mən zavoddan partlayıcı oğurlamaqda davam edirdim. Barıt dolu kisələri yataq otağında çarpayımın altına yığırdım”. Elser sütunun ölçülərini, formasını daha yaxşı öyrənmək üçün Münxenə səfərlərini davam etdirir, özü ilə fotoaparat da aparır. Bu arada zavodın işləri pis gedir, o, işini itirir. Amma artıq sui-qəsd üçün lazım olan partlayıcı bəs qədər idi. Maaş əvəzinə verilən saatlarısa o, bomba mexanizmi düzəltmək üçün istifadə edir.
Avqustun 5-də Elser Münxenə köçüb orada ev kirələyir. Mərasimin keçiriləcəyi Bürgerbräukeller zalına dəfələrlə (30-35 dəfə) girə bilir. Gecələr orda qalıb sütünu oymağa başlayır, gedəndə isə üstünü ustalıqla örtür. Binanin təhlükəsizlik xidməti zəif idi. Amma sentyabrda – Almaniya Polşa ilə müharibəyə başlayandan sonra nisbətən gücləndirilir.
Noyabrın 1-dən 2-nə keçən gecə Elser bombanı sütuna yerləşdirə bilir. Sonradan gestapoçulara bu uğurunu necə qeyd etdiyini deyəcəkdi: “Arxa qapıdan çıxıb meydana yollandım, orda iki fincan qəhvə içdim”.
Bürgerbräukeller zalı partlayışdan sonra
Bürgerbräukeller zalı partlayışdan sonra…
DÜLGƏRİN XƏBƏRSİZ OLDUQLARI
Elser bilmirdi ki, Hitler əvvəl-əvvəl Bürgerbräukeller-də çıxış etmək fikrindən vaz keçmişdi. O bütün fikrini Fransaya hücum planı üzərində cəmləmək istəyirdi. Amma sonradan fikrini dəyişir. Çünki duman onun təyyarə ilə Berlinə qayıtmasına mane olur və nasist lideri mərasimə qatılmağa qərar verir. Amma çıxışını qısa edib dərhal da qatarla Berlinə dönmək istəyir. Buna görə ənənəvi olaraq etdiyi 2 saatlıq çıxışı qısaldıb 1 saata salmağı planlaşdırır.
Adolf Hitler ona edilən sui-qəsddə ölənlərin dəfni mərasimində iştirak edir.
Adolf Hitler ona edilən sui-qəsddə ölənlərin dəfni mərasimində iştirak edir
Hitler 3000 nəfərlik auditoriya qarşısında çıxışını 9:07-də bitirir və partlayışa cəmi 7 dəqiqə qalmış yaxın ətrafı ilə zalı tərk edir. 9 20-də baş verən partlayış nəinki tribunanı dağıdır, tavanı da uçurur. Həmin anda tədbir qurtarsa da, zalda hələ 120 nəfər qalırdı. 7 nəfər ölür, daha 63 nəfər yaralanır. Ağır vəziyyətdə olan 16 nəfərdən daha biri xəstəxanada ölür.
Hitler partlayış xəbərini yolda – Nürnberqdə dayanarkən eşidir. Joseph Goebbels bu xəbəri ona çatdıranda Hitıer belə demişdi: “Adamın gərək bəxti ola”. Bir qədər sonra onun əhvalı dəyişir, ciddiləşir: “İndi tam sakitəm. Bürgerbräukeller-i həmişəkindən tez tərk etməyim məndən ötrü bir sübutdur ki, Tanrı da mənim məqsədimə yetməyimi istəyir”.
ELSERİN HƏBSİ
Elser həmin günün axşamı İsveçrə sərhədinin 25 metrliyində tutulur. Onun cibindən kəlbətin, bomba hazırlanmasına aid sxem, Bürgerbräukeller-in interyerinin şəkilləri və s. çıxır.
Münxendə partlayış törədilməsi haqda xəbər bir neçə saatdan sonra sərhədçilərə də gəlib çatır. Elser Münxen Gestaposuna təhvil verilir.
Ağır işgəncələrdən bir neçə gün sonra – noyabrın 15-də Elser hər şeyi boynuna alır. İstintaq onun təkbaşına hərəkət etməsinə əmin olsa da, Hitlerin təbliğat maşını Elserin Britaniya kəşfiyyatının sifarişi ilə hərəkət etdiyini bəyan edir.
Dachau düşərgəsində məhbusların saxlandığı yer
Dachau düşərgəsində məhbusların saxlandığı yer
 
Elser məhkəməsiz olaraq 6 il təkadamlıq kamerada saxlanır. 1941-ci ilə qədər Münxen Gestaposunda, daha sonra isə Sachsenhausen düşərgəsində. Onu Müharibənin bitməsinə 1 ay qalmış – 1945-ci il aprelin 5-də edam edirlər. Aparıldığı Daxau düşərgəsində.
Müharibəni uduzduğunu görən Hitler ona sui-qəsd etmiş bütün məhbusları öldürtməklə təskinlik tapır.
Elseri güllələyib meyitini sobada yandırırlar…
Müharibədən sonra o, qəhrəman kimi anılmağa başlayır.
Elserin xatirəsinə poçt markası, Almaniya
Azadlıq radiosu
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

PKK-nın “ölüm maşını” Türkiyədə ölüm yatağında – Foto

Next Post

Azərbaycan XİN: “Avropa Parlamentinin “işçi qrup”u özfəaliyyətin nəticəsidir”

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Azərbaycan XİN: “Avropa Parlamentinin “işçi qrup”u özfəaliyyətin nəticəsidir”

“ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı əsassız bəyanatlar verir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.