"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hitlerin qorxduğu səs — Yuriy Levitan

16 Yanvar 2017 - 17:28
in XƏBƏR LENTİ

Hitlerin qorxduğu səs —  Yuriy Levitan

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İkinci dünya müharibəsi dövründə Sovet İttifaqında ölkə əhalisinin əsas nəzəri radioya yönəlmişdi. Radiodan zabitəli və amiranə səs müharibədə gedən son vəziyyəti çatdırırdı. Bu səs Yuriy Levitana məxsus idi. Müharibə dövründə Hitlerin ən çox qorxduğu səs də Levitanın səsi idi.

1930-cu illərin əvvəlində 17 yaşlı Yuriy Levitan Vladimir şəhərindən Moskvaya gəldi. Gənc qəti surətdə aktyor olmaq qərarına gəlmişdi. Amma Levitanın əyalət ləhcəsi qəbul komissiyasının üzvlərini güldürdü və o aktyor ola bilmədi.

Diktorluq

Yuriy təsadüfən diktorluq kurslarına qəbul elanını gördü və Radio Komitəsinə yollandı. Burada onun bəxti gətirdi. Ləhcəsinə baxmayaraq Levitanın çox güclü səsi var idi və onu stajçı qrupuna qəbul etdilər.

Stalinlə tanışlıq

Bir dəfə Yuriy gecə vaxtı radioda “Pravda” qəzetindən məqalə oxuyurdu. Stalin onun səsini eşitdi. Çünki rəhbər gecələr də işləyirdi və kabinetində radionu söndürmürdü. Stalin dərhal Radio Komitəsinin sədrinə zəng edir və partiyanın 17-ci qurultayında onun mətninin məhz bu aparıcı tərəfindən oxunmasını tələb edir. Beləcə 19 yaşlı gənc Sovet İttifaqının diktoruna çevrildi. Böyük Vətən Müharibəsi illərində Levitan müharibə xəbərlərini oxuyurdu. Onun səsi hər Sovet vətəndaşına tanış idi. Cəbhədən son xəbərləri dinləyən əhali radionun qarşısında donurdu. Rokossovski deyirdi ki, Levitanın səsi bir diviziyaya bərabərdir.

Hitlerin bir nömrəli düşməni

Yuriy Levitanı ölkə sərhədlərindən kənarda da tanıyırdılar. Hitler bildirmişdi ki, Levitan onun bir nömrəli düşmənidir. Siyahıda ikinci yerdə Stalinin adı var idi. Hitler söz vermişdi ki, alman ordusu Moskvaya girəndə diktoru asacaq.

Faşistlərin xüsusi xidmət orqanları Levitanı məhv etmək üçün plan hazırlamışdılar və onun başına mükafat qoyulmuşdu. Müxtəlif mənbələrdə bu rəqəm 100-250 min alman markı arasında dəyişir. Levitan 1941-ci ilin payız aylarından Moskvada yox, Sverdlovskda işləyirdi. 1943-cü ildə isə Kuybişevə köçür. Paytaxtdan radio reportaj aparmaq mümkün deyildi. Çünki bütün radio qüllələr Hitler aviasiyası üçün əlverişli hədəf idi. Müharibənin əvvəlində, Levitan Moskvada olanda alman bombası Radio Komitənin həyətinə düşsə də, partlamadı. Hitler radiosu diktorun ölümü barədə xəbər verdi. Amma 15 dəqiqə sonra efirdə Yurinin səsi eşidildi. Məxfilik səbəbindən diktora ancaq efir vaxtı kağızları verirdilər və o, bunu canlı efirdə birbaşa oxuyurdu. Diktor kiçik hiylə işlədirdi. O, birinci kəlmələri uzadaraq tələffüz edir, bu müddət ərzində kağıza qısa nəzər yetirib mətnlə tanış olurdu. 1943-cü ilin avqust ayında o, müharibə ərzində ilk dəfə Orel və Belqorodun işğal azad edilməsi münasibətilə təntənəli salyutun olacağı barədə xəbər oxudu.

Onun məhvi üçün külli miqdarda mükafat təyin edilmişdi. Gebbels özü diktorun oğurlanması üçün plan qurmuşdu. Faşistlər istəyirdilər ki, Moskvanın məhv edilmə xəbərini Levitan Berlin radiosunda oxusun. Levitanı ciddi-cəhdlə qoruyurdular. Heç bir yerdə onun fotosu yayımlanmırdı. Ölkənin baş diktorunun xarici görünüşü sirr kimi qorunurdu.

Bir dəfə Stalindən qələbənin nə vaxt əldə ediləcəyini soruşdular. Rəhbərin cavabı belə oldu: “Levitan elan edəndə”. Həqiqətən də qələbə xəbərini Levitan oxumuşdu.

Hikmət
Ölkə.Az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

95 əcnəbi `qaçqın` statusu almaq üçün Azərbaycana müraciət edib

Next Post

Bu universitet fəaliyyətini dayandırdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu universitet fəaliyyətini dayandırdı

Dünyanın dondurulan ilk insanı - 50 ildir gözləyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.