HIV daşıyıcıları 78 il yaşaya biləcək

Bunu da oxuyun

HIV daşıyıcıları 78 il yaşaya biləcək

QİÇS yaxın dövrlərdə ölümcül xəstəliklər siyahısından çıxacaq. 

BBC xəbər verir ki, İngiltərənin Bristol Universiteti tərəfindən aparılan araşdırmalar zamanı HİV virusundan ölənlərin sayının 2000-ci illərlə müqayisədə 2 dəfə azaldığı və bu prosesin inkişaf etdiyi məlum olub.

Araşdırmanın rəhbəri Adam Tikey bildirir ki, 20 ildir virusun bütün bədənə yayılmasının qarşısı antiretroviral dərmanlar vasitəsilə alınır, lakin yeni dərmanlar daha faydalıdır və insanı çox az kənar təsirə məruz qoyur.

Bu araşdırmaya görə, 20 yaşında virus aşkarlanan bir insan daha yaxşı dərmanlar sayəsində 78 il yaşaya biləcək.

Qeyd edək ki, 80-ci illərdə virusun aşkarlandığı insanlar ölü hesab olunurdu. Amma illər keçdikcə kəşf olunan dərmanlar HIV daşıyıcılarının həyatda qalmaq müddətini artırıb.(qaynar)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728