Hizbullah Hərəkatı Livanın cənubundan İsraildəki hərbi məntəqəyə hücum etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Hizbullah İsrailin sərhəddəki hərbi məntəqəsinə hücumla bağlı açıqlama verib.
Açıqlamada İsrailin Əl Malikiyye hərbi məntəqəsinə “uyğun silahlarla” hücum təşkil edildiyi bildirilib.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail silahlı pilotsuz uçuş aparatları (PUA) Beyt Lif və Ramya qəsəbələri arasındakı ərazini bombalayıb.
Kefryatir şəhərinin səmasında raketin partladığı və düşən qəlpələrin bir avtomobilə dəydiyi də bildirilib.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 100 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 24, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.
Şayəstə Hüseynova






