Vaşinqton həqiqətən də böyük regional müharibənin başlanmasının qarşısını almaq istəyirsə, İsrailin Qəzza zolağına təcavüzünü dayandırmağa qadirdir.
Elchi.az “Əl Mənar” telekanalına istinadən xəbər verir ki , bu barədə şiə Hizbullah partiyasının lideri Şeyx Həsən Nəsrullah televiziya ilə çıxışında bildirib.
Onun sözlərinə görə, İsrail və Fələstin arasındakı münaqişənin həlli ABŞ-ın əlindədir . “Bu, İsrailə Fələstin anklavında qırğınlar törətməyə və yaşayış məntəqələrini dağıtmağa davam etməyə imkan verən Amerika administrasiyasının əlindədir”, – Nəsrullah vurğulayıb.
O əlavə edib ki, Hizbullah və müttəfiqləri Vaşinqtonu atəşkəs elan etməyə məcbur etmək üçün İraq , Suriya və Yəməndə köməkçi cəbhələr açıb. O , ABŞ prezidenti Co Baydenin administrasiyasına müraciət edərək, “Əgər sakitlik və bölgədəki hərbi bazalarınıza hücumların dayandırılmasını istəyirsinizsə, Qəzzada müharibəni dayandırın “-deyib.
Nuranə Məmmədova






