Livan Hizbullahı ölkənin cənub sərhəddində İsrailə qarşı bəzi hücumların həyata keçirildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Hizbullahın verdiyi açıqlama təşkilata yaxınlığı ilə tanınan “Al Mayadeen TV”nin saytında paylaşılıb.
Açıqlamada İsrail sərhədindəki Əl-Malikiyyə hərbi məntəqəsinə raket və yüngül silahlarla hücumun təşkil edildiyi bildirilib.
İsrail ordusundan verilən açıqlamada Livandan 2 tank əleyhinə raketlə Manara qəsəbəsi və sərhəddəki təhlükəsizlik hasarına hücum edildiyi qeyd edilib.
Hücuma artilleriya atəşi ilə cavab verilərkən, ölən və yaralanan olmadığı açıqlanıb.
Hizbullah ilə İsrail ordusu arasında oktyabrın 8-də başlayan qarşıdurmalarda indiyədək 12 Hizbullah üzvü və 2 İsrail əsgəri həyatını itirib.
Sərhəddə baş verən qarşıdurmalarda Livanda biri jurnalist olmaqla 3 mülki şəxs, İsraildə isə 1 nəfər həlak olub.
Şayəstə Hüseynova






