"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hökumətin yeni planı ölkəni korrupsiyadan xilas edə biləcəkmi?

28 Aprel 2016 - 21:38
in XƏBƏR LENTİ

Hökumətin yeni planı ölkəni korrupsiyadan xilas edə biləcəkmi?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Prezident İlham Əliyev aprelin 27-də “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib. Ölkə başçısının sərəncamına görə, planın məqsədi açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı yeni mexanizmlərin işə salınmasıdır. Həmçinin,  vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi də hədəf seçilib.
Sərəncamda qeyd edilən əsas məqam odur ki, icra hakimiyyəti orqanları bu planın icrası ilə bağlı hər il Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya illik hesabat verməlidir.
 
Musavat.com-a açıqlamasında yeni fəaliyyət planını dəyərləndirən deputat Vahid Əhmədovun fikrincə, sözügedən proqram korrupsiya və sahibkarlığın inkişafı məsələlərinin gündəmdə saxlanılması baxımından çox önəmlidir: “2012-2015-ci illərdə açıq hökumətin təşviqi ilə əlaqədar belə bir proqram olub. O cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və hökumətə müəyyən tapşırıqlar verilib. Burada əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda bir sıra məsələlər öz həllini tapmadığı üçün proqramın vaxtı uzadılıb. Diqqət etsəniz, orada Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya, Hesablama Palatasına ciddi tapşırıqlar verilib. Burada əsas məsalə korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətindən istifadə olunmasıdır. Sahibkarlığın inkişafı ilə bağlı məsələlər də burada öz əksini tapıb. Sahibkarlığın şəffaf inkişafı, ona maneələrin aradan qaldırılması üçün hökumətin bu məsələlərə yardımçı olması və s. Bu proqramın müsbət cəhəti odur ki, problemlər gündəmdə saxlanılır və müəyyən qədər azaldılır. Azərbaycanda həm sahibkarlıqla, həm də korrupsiya ilə əlaqədar önəmli addımlar atılsa da, problemlər yenə də qalır. O cümlədən islahatlara mane olan məsələlər də var. Bu məsələləri diqqətdə saxlamaq üçün 2016-2018-ci illəri əhatə edən belə planlar işlənib, hazırlanır”.
Təsdiq olunan proqramların işlək mexanizminin yaradılmasına gəlincə, Vahid Əhmədov bildirdi ki, bunun üçün ciddi işlər görülməlidir: “Çünki sahibkarlığın qarşısında olan əngəllər və korrupsiya o qədər də sadə məsələ deyil. Korrupsiya Azərbaycanda var və bunu gizlətmək lazım deyil. Onunla mübarizə aparmaq da çox çətindir. Yaxın aylarda bu istiqamətdə bir sıra islahatlar həyata keçirildi, bəzi sahələrdə şəffaflıq yarandı. O cümlədən, sahibkarlıqla bağlı da normativ sənədlər qəbul olundu. Lakin ölkədəki monopolistlər sahibkarlığın inkişafına mane olur. Ona görə də, bu proqramların işlək mexanizminin olması çox vacibdir. Korrupsiyaya qarşı mübarizə üçün komissiya yaradılıb. Bu komissiyanın rəhbəri Ramiz Mehdiyevdir. Komissiya mütəmadi yığışır və bu məsələlərə baxır. Hüquq-mühafizə orqanları da müəyyən məsələlərin həllinə cəlb edilir. Ancaq bu, elə prosesdir ki, bir-iki ilə düzələn deyil. Bunun üçün müəyyən zaman lazımdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə naziri əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun”

Next Post

110 mindən çox videonəzarət kamerası quraşdırılıb – General

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

110 mindən çox videonəzarət kamerası quraşdırılıb - General

“Freedom House”un “189-cu yer” hesabatına reaksiyalar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.