Hollandiya müstəntiqləri Rusiyadan Donetskdə baş verən Malayziyaya məxsus sərnişin təyyarəsinin qəzaya
uğramadan öncə həmin hava məkanında olan qırıcıların olması barədə sübutları tələb edəcəklər.
Axar.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Hollandiyalı müstəntiqlər Rusiyadan qəza ilə bağlı araşdırmaların yenidən gündəmə gətirilməsi üçün lazımi məlumatları alacaq.
Qeyd edək ki, təyyarə qəzasından dərhal sonra Rusiya hökuməti təcili istintaq qrupu yaradaraq Malayziya Hava Yollarına məxsus “Boinq-777” tipli sərnişin təyyarəsinin havada olarkən ona 3-4 kilometr yaxın qırıcı təyyarənin olduğunu açıqlamışdı. “Su-25 tipli qırıcı isə Ukraynaya məxsus olub.
Xatırladaq ki, bu ilin iyul ayında Donetskdə vurulan təyyarədə 298 sərnişin və ekipaj heyətinin hamısı həyatını itirmişdi.