Hollandiya Daxili İşlər Nazirliyinə bağlı olan NCDR-nin koordinatoru Baldewsingh “Trouw” qəzetinə verdiyi müsahibədə, xüsusilə Ramazan ayında ayrı-seçkiliyə məruz qalan müsəlmanlardan əlavə siqnallar aldığını söyləyib.
Elchi.az xəbər verir ki, Baldewsingh müsəlmanların banklar və maliyyə qurumları tərəfindən struktur olaraq ayrıseçkiliyə məruz qaldığını və bu vəziyyətin araşdırılması lazım olduğunu bildirib.
Müsəlmanların maliyyə qurumlarında nə qədər ayrı-seçkiliyə məruz qaldıqlarını bilmədiyini izah edən Baldewsingh məhz bu səbəbdən bunun araşdırılmasının vacib olduğunu vurğulayıb.
Ramazan ayında məscidlərdə və iftarlarda zəkat, fitrə və sədəqə kimi ianələrin edildiyinə diqqət çəkən Baldewsingh, ianə verənlərin maliyyə qurumları tərəfindən “çirkli” pulların yuyulması və terror şübhəlisi olaraq görüldüyünü bildirib.
Baldewsingh bildirib ki, maliyyə qurumları tərəfindən ayrı-seçkiliyə məruz qalanlar arasında “Əl-Qaidə” üzvü ilə oxşar soyadı daşıdığı üçün problem yaşayan sahibkar, restoran açmaq üçün maliyyə üçün müraciət edən şəxs bankdan əlavə sualları cavablandırmalı olub.
Yaşanan ayrı-seçkiliyin qalıcı bir problemə çevrildiyinə və bununla bağlı çoxlu siqnallar aldığına diqqət çəkən Baldewsingh, hökumətin bu problemi həll etməsi lazım olduğunu deyib.
Yeganə






