Hollandiya Əczaçılar Dərnəyi (KNMP) tərəfindən edilən yazılı açıqlamada, 1179 fərqli dərman növündə təchizat çatışmazlığı səbəbiylə bu rəqəmin ilin sonunda rekord səviyyəyə çata biləcəyi qeyd edilib..
Elchi.az-ın Reuters.com-a istinadən xəbərinə görə, açıqlamada bildirilib ki, 2022-ci ildə il ərzində müxtəlif növ dərmanlarda 1514 təchizat çatışmazlığı olduğu halda, bu ilin ilk 6 ayında bu rəqəmin 1179-a çatması narahatedicidir.
Açıqlamada dərman qıtlığının istehsal, paylama və keyfiyyətdən qaynaqlandığı bildirilib və bu vəziyyətin bir çox insana təsir etdiyi və xəstələrin ekvivalent dərmanlara müraciət etməsinin çətinləşdiyi üçün ciddi təsir göstərəcəyi vurğulanıb.
Açıqlamada Hollandiyada ürək xəstəlikləri, infeksiyalar kimi xəstəliklər üçün apteklərdə dərman tapmağın asan olmadığı diqqətə çatdırılıb. Bundan başqa, bildirilib ki, əczaçılar müxtəlif yerlərdən dərman tədarük etməklə, onlara ekvivalent dərmanlar tapmaqla və ya oxşar təsiredici maddələrdən dərman hazırlamağa çalışaraq problemi aradan qaldırmağa çalışıblar.
Yeganə




