Hollandiyada 2022-ci ilin yanvar ayından bəri müşayiət olunmayan 360 qaçqın uşaq sığınacaq üçün müraciət mərkəzlərindən yoxa çıxıb.
Elchi.az xəbər verir ki, AD qəzeti Hollandiya Sığınacaq Axtaranları Qəbul Mərkəzinin məlumatlarına əsaslanaraq ölkədə hər gün sığınacaq mərkəzlərindən müşayiətsiz bir qaçqın uşağın yoxa çıxdığını bildirib.
Xəbərdə 2022-ci ildə sığınacaq müraciəti alan müşayiətsiz qaçqın uşaqların sayının 4449 olduğu, 2022-ci ilin yanvar ayından bu yana 360 müşayiətsiz uşağın yoxa çıxdığı bildirilib.
Xəbərdə itkin düşən uşaqların taleyinin məlum olmadığı bildirilib və uşaqların bir qisminin Avropadakı qohumlarının yanına getdiyi, bir qisminin isə insan qaçaqmalçılarının əlinə keçməkdə şübhəli bilindiyi qeyd edilib.
Nuranə Məmmədova





