Hollandiya Ukraynaya 1,9 milyard avro dəyərində hərbi yardım edib. Elchi.az xəbər verir ki, agentliyin saytında verilən açıqlamaya görə, Kiyevə göstərilən dəstəyin ümumi dəyəri Krallığın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren tərəfindən açıqlanıb.
Qeyd edək ki, buraya silahlar, döyüş sursatı, nəqliyyat vasitələri və gəmilər, minatəmizləmə avadanlığı, körpülər, yanacaq, tibbi ləvazimatlar daxildir.
Havar Şəfiyeva





