“Haikui” tayfunu Honq-Konqda son 140 ilin ən güclü yağışına səbəb olub, 2 nəfər ölüb, 110 nəfər yaralanıb. 1952-ci ildən bəri ən güclü yağış Çinin Şençjen şəhərində qeydə alınıb.
Elchi.az xəbər verir ki, “Haikui” tayfunu Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində təsirli olub. Küçə və prospektlər gölə çevrilərkən, nəqliyyat vasitələri sel sularında sürükləndi.
Ticarət mərkəzləri, metro stansiyaları və yeraltı keçidləri su basıb. Metro xəttində xidmətlər dayandırılarkən, Honq Konq və Koulun bölgəsini birləşdirən tunel su altında qalıb. Qapalı qalanların sel sularının aparmamaq üçün daha yüksək yerlərə qalxmağa çalışdığı, bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətdə çətinlik çəkdiyi görülüb. Honq Konq polisi 2 nəfərin cəsədinin müxtəlif nöqtələrdə tapıldığını açıqlayıb. Honq Konq Xəstəxana İdarəsi daşqın nəticəsində 110 nəfərin yaralandığını açıqlayıb. Bu gün məktəblərdə tədris dayandırıldığı halda, iş yerləri bağlanıb. Honq Konq birjası da səhər ticarəti üçün açılmayıb. Honq Konq Meteoroloji Müşahidə Mərkəzi gecə ərzində yağan yağıntının miqdarını 158,1 millimetr olaraq açıqlayıb və bunun 1884-cü ildə qeydlər aparılmağa başladığından bəri ən yüksək yağış miqdarı olduğunu bildirib.
Honq-Konq Xüsusi İnzibati Bölgəsi administrasiyasının müxtəlif departamentləri daşqınla mübarizə və daşqından zərər çəkmiş ərazilərdə yardım işləri aparmaq üçün hərəkətə keçib. Riskli ərazilərdə olanları yağışdan qorumaq üçün gecə saatlarında 12 müvəqqəti sığınacaq istifadəyə verilib.
Ötən gün Honq-Konqda güclü yağış və fırtına səbəbindən həyəcan siqnalı verilib.
Şayəstə Hüseynova




