"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hövsanı bir cümlə qarışdırdı: 21 yaşlı gənc öldü

20 Yanvar 2015 - 09:28
in XƏBƏR LENTİ

img1726951 (1)Müəllimin təhqiri qəsəbə sakinlərini ayağa qaldırdı; 118 saylı məktəbin direktoruna görə keçirilən etiraz aksiyasında cavan oğlan qəfil dünyasını dəyişdi; Bakı Təhsil İdarəsi Qardaşxan Səlimovu görəvdən aldı, araşdırma başladı; aksiya iştirakçıları: “Baş verənlərdə Suraxanı Rayon İcra Hakimiyyəti də, Təhsil Nazirliyi də günahkardır…”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Yanvarın 19-da Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilib. Musavat.com-un verdiyi xəbərə görə, etirazlara səbəb 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun məktəbdə təhsil alan şagirdlərin valideynlərini təhqir etməsi olub. Bundan hiddətlənən valideynlər isə məktəbin qarşısına toplaşaraq direktorun cəzalanmasını tələb ediblər.

Aksiyaya səbəb olan hadisə məktəbin  9-cu sinifində baş verib.  İddiaya görə, məktəbin coğrafiya müəllimi uzun müddət imiş işə çıxmırmış. Şagirdlər bununla bağlı direktora müraciət edərək, onun başqa müəllimlə əvəz olunmasını istəyiblər. Direktor isə bunun cavabında “atanız evə gəlməyəndə, onu başqa kişi əvəz edir?”, –  deyə, şagirdləri təhqir edib. Bizim də etirazımıza səbəb budur. O kimdir ki, bizi təhqir edir?! Dərhal işdən azad edilməlidir. Olmasa onu qəsəbədə sağ qoyan deyilik”. Məktəbin həyətinə doğru yol alan kütlə, direktoru maşından düşürməyə çalışıb. Direktor kütlə arasına düşməkdən boyun qaçırıb. Və maşını sürərək oradan uzaqlaşıb. Bu zaman etirazçılardan biri olan 21 yaşlı, əsgərlikdən yenicə gəlmiş olan Əliyev Elmar Rəcəbəli oğlunun səhhəti pisləşib və huşunu itirib. Yerə yıxılan E.Əliyevin dili qatlanıb. Sakinlər onu təcili olaraq 11 saylı köməkçi yardım stansiyasının Hövsan filialına aparıblar. Amma həkimlər tərəfindən edilən müdaxilənin faydası olmayıb, E. Əliyev dünyasını dəyişib.
Bundan sonra qəsəbə sakinləri daha da hiddətləniblər. Onlar xəstəxananın həyətinə yollanaraq, etiraz ediblər. Və yaxınlıqda dayanmış qəsəbə icra nümayəndəsinin qara rəngli, xarici avtomobilini dövrəyə alıb təpikləməyə və şüşələrini sındırmağa başlayıblar. Ərazidə olan polis əməkdaşları qəzəblənmiş kütləni sakitləşdirməyə çalışıb.
İcra nümayəndəsi və Təhsil Nazirliyinin işçilərinin məktəbdə olduğunu bilən sakinlər bu dəfə yenə ora üz tutublar. Rayon polis idarəsinin rəhbərləri mərhumun yaxınları ilə söhbətləşdikdən sonra E.Əliyevin ailəsi şikayətçi olmadıqlarını bildirib: “Biz şikayətçi deyilik. Məsələnin daha da böyüməsini istəmirik. Bizim dərdimiz bizə bəs edir. Amma sona qədər məktəb direktorunun işdən azad olunmasını tələb edəcəyik”.
Hadisə yerində olan musavat.com əməkdaşı onu da öyrənib ki, bu məktəblə bağlı qəsəbə sakinlərinin etirazı uzun müddətdir yaranıbmış: “Bizim etirazımız 3-4 aydır ki, davam edir. Səbəbi də bərbad təhsildir. Son bir neçə ildə 118 saylı məktəbdən bir şagird belə ali məktəbə  qəbul olmayıb. Çünki müəllimlər vaxtı-vaxtında dərsə gəlmirlər. Gələnlər də normal dərs keçmirlər. Biz də bununla bağlı icra hakimiyyətinə və Təhsil Nazirliyinə müraciət ünvanlamışıq. Amma heç bir xeyri olmayıb”.
Aksiya davam edərkən xəbər gəlib ki, sakinlərin tələbi yerinə yetirilib. Belə ki, Bakı Şəhər Təhsil İdarəsinin məktəblə bağlı yaydığı açıqlamada bildirilib ki, məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsindən kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub. Qeyd olunub ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır: “118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirik”, –  deyə, məlumatda bildirilib.
Qəsəbə sakinləri evlərinə dağılışsalar da baş verənlərdə təkcə məkəb rəhbərliyinin suçu olmadığı qənaətindədirlər. Onların fikrincə, baş verənlərdə həm də Suraxanı Rayon İcra Hakimiyyəti, həm də Təhsil Nazirliyi də günahkardır: “Çünki vaxtında bu məsələyə reaksiya vermədilər. Şikayət məktublarımıza baxmadılar. Onların günahı ucbatından bir gəncimiz öldü, bu qədər insanın gözü yaşlı qaldı. Məktəb direktoru qədər, onlar da günahkardırlar”, – deyə, qəsəbə sakinləri əməkdaşımıza deyiblər.
Qeyd edək ki, son günlər Bakı məktəblərində şagirdlərlə kobud davranılması barədə xəbərlər artıb. Ötən həftə  Yasamal rayonu, 53 saylı orta məktəbdə ibtidai sinif şagirdi Dəniz Məmmədlinin müəllimə tərəfindən saçının yolunması barədə məlumat yayılıb. Məlumatı isə sosial şəbəkəyə Dənizin bacısı Şəms Məmmədli yerləşdirib. O, bacısının şəklini yerləşdirərək müəllimə tərəfindən yolunduğunu bildirib. Bundan sonra məsələ böyüdüyündən ibtidai sinif müəllimi Zülfiyyə Hacıyeva və direktor Firəngiz Həsənova açıqlama verərək faktı təkzib ediblər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dünya İŞİD-ə qarşı: azərbaycanlı komandan edam olundu

Next Post

Şəhidlər yad edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Şəhidlər yad edildi

Bakıda qırğındır, məlumatınız olsun...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.