Türkiyənin müdafiə sənayesi də dünyanın diqqətini çəkir. Almaniyada nəşr olunan aviasiya və uçuş icmalı jurnalında Türkiyənin hazırladığı təlim və yüngül hücum təyyarəsi HURJET yer alıb.
Elchi.az xəbər verir ki, Türkiyə milli müdafiə sənayesi məhsulları ilə yenidən gündəmdədir.
Bu dəfə reaktivlə işləyən təlim və yüngül hücum təyyarəsi HÜRJET Alman mətbuatında yer alıb.
Almaniyanın aviasiya və uçuş icmalı jurnalı “Flugrevue” TAI tərəfindən hazırlanmış təyyarəyə diqqət yetirib.
Almaniya’ya ixraca diqqət
Jurnal HURJET-in texniki xüsusiyyətlərini özündə əks etdirirdi.
Türkiyənin aerokosmik sənayesi, yəni TAİ-nin öz resursları ilə layihəyə 2017-ci ildə başladığı vurğulanıb.
İlk uçuşun “18 Mart 1915 Çanaqqala Zəfəri” xatirəsinə martın 18-də ediləcəyi paylaşılıb və HÜRJET-in Almaniyaya ixrac oluna biləcəyi bildirilib.
TUSAŞ-ın son nöqtəni qoyduğu HÜRJET mühərrikini işə saldı. Uçuş vaxtıdır.
Təlim və yüngül hücum təyyarəsinin uzunluğu təqribən 14 metr, qanad genişliyi isə 9 metr yarım olacaq.
O, təxminən 1720 kilometr sürətə çata bilir. O, 45.000 fut hündürlükdə uça biləcək.
HURJET-in 2025-ci ildə TSK inventarına daxil olacağı gözlənilir.
Şayəstə





