"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hüseyn Arif, arvadı özümə almışam… – Xatirə

19 Oktyabr 2016 - 10:41
in XƏBƏR LENTİ

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Axar.az professor Minəxanım Nuriyeva-Təkləlinin xalq şairi Hüseyn Ariflə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:

 

Vay halına Kantın, Hegelin…

 

Bir vaxtlar yazıçı Asif Ata ciddi tənqidlərə məruz qalırdı. Günlərin bir günündə Asif Ata onu tənqid edənlərin ünvanına deyinir. Get-gedə coşub səsini ucaldır, sinəsinə döyə-döyə özünü öyür: “Kant da buradadır, Hegel də…”

 

Hüseyn Arif Asif Atanın əli ilə şişman qarnına vurduğunu görüb deyir:

 

– Vay halına Kantın, Hegelin. Üstündən bir stəkan arağı tökdün, o bədbəxtlərin də sərxoş edib evini yıxdın.

 

Bunu qoruyun…

 

Hüseyn Arif “Ədəbiyyat qəzeti”nin redaksiyasına gəlir. Qəzetin Poeziya şöbəsinin müdiri Hüseyn Arifin həmyerlisi, şair Davud Nəsib qəzetdə yenicə işə başlayan Nizami Cəfərovu göstərib, “qağa, bu gənc bizdə şöbə müdiridir, özü də qazaxlıdır”, – deyir. Hüseyn Arif könülsüz-könülsüz:

 

– Şeir yazırsanmı? – deyə soruşur.

 

İnkar cavabını eşidib, Nizami müəllimin tənqidçi olduğunu bildikdə laqeydliklə “tənqid bekar şeydir, şeir yazmırsansa, “Ədəbiyyat qəzeti”ndə nə işin var?”, – deyir. Söhbət uzanır, gedib çıxır Hüseyn Arifin çoxdan gözlənilən xalq şairi adının üstünə. Nizami müəllim söhbətə qarışır:

 

– Qağa, Anar müəllim bu il sizə xalq şairi adı verdirə bilməsə, Yazıçılar İttifaqı nüfuzdan düşəcək…

 

Hüseyn Arif bərk kövrəlir, məhəbbət dolu bir nəzərlə Nizami müəllimə baxır, Davud Nəsibə dönərək deyir:

 

– Bunu qoruyun, böyük tənqidçidir.

 

Bilirsən, arvadı özümə almışam…

 

Şair Hüseyn Arif yenicə yaratmağa girişdiyi “Aşıq Pəri” məclisinə üzvlər – saz çalıb oxuyan qız-gəlinləri cəlb etmək üçün bölgələri gəzirdi. Bir gün Zaqatalada bir gözəl saz çalan gəlinin olması xəbərini alır. Gəlinin həm cavan, həm də çox gözəl olmasına görə ərinin onu Bakıya buraxacağına ümidi olmasa belə, yoldaşını dilə tutur, sazın-sözün xalqa xidmətindən bəhs edir. Ər təslim olmaq bilmir, şair də geri çəkilmir: qədim mədəni örnəklərimizin qorunub saxlanılmasından, unudulmaqda olan saz sənətimizin yaşadılmasının vacibliyindən uzun-uzadı bəhs edir. O deyir, bu deyir… Səbri tükənmiş ər kəsə şəkildə deyir: “Ay şair, ay Hüseyn Arif, bilirsən nə var, arvadı özümə almışam…”

 

Bülbülün qocalığı olmur…

 

Şair Hüseyn Arifi hər zaman gənc şairlərlə bir yerdə görərdin. Ondan bunun səbəbini soruşduqda belə deyərdi: “yaşıdlarımla oturub-dursam, yaxın olduqca paxıllığımı çəkəcəklər, altdan-üstdən danışıb qanımı qaraldacaqlar. Özümdən yaşlılar da o saat adama xəstəliklərindən danışacaq, ya da başlayacaqlar ağıl dərsi verməyə, öyüd-nəsihət dağarcıqlarının ağzını açıb başımı ağrıdacaqlar. Gəncliyi isə sevirəm, eşqdən-məhəbbətdən danışsınlar, könlüm açılsın”. Gülə-gülə ona “ustad, axı bir gün özün də qocalacaqsan”, – deyə irad tutduqda şair təslim olmayaraq “mən bülbüləm, bülbülün ki qocalığı olmur”, – deyib.

 

Səbir elə…

 

Şair Hüseyn Arifin həyat və yaradıcılığı ilə bağlı Filarmoniyada böyük tədbir gedir. Tədbiri tanınmış filoloq, professor Qəzənfər Kazımov aparır. Məclisin sonunda şair durub hər kəsdən razılığını bildirir, o cümlədən, tədbirin hazırlanmasında və aparılmasında böyük zəhməti olan Qəzənfər müəllimə də təşəkkür edir. Lakin onu hər dediyində digər məşhur alim Qəzənfər Paşayevlə qarışıq salır. Qəzənfər müəllim isə yerindən asta-asta ona pıçıldayır: “Kazımov de, Paşayev yox, mən Qəzənfər Kazımovam, Paşayev yox”. Şair cavab verir:

 

– Yaxşı, yaxşı, dinmə, sakit dur. Dünən də qarışıq salıb ona Qəzənfər Kazımov demişəm, onun yerinə 2 saat səni tərifləmişəm. Səbir elə.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İşsizliyin acı statistikası – ekspertlər gerçək durumdan danışır

Next Post

Ölkəyə avtomobil gətirilməsində – Yeni qayda

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ölkəyə avtomobil gətirilməsində - Yeni qayda

Qəbələdə qar görən ərəblərin macəraları - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.