Husi qiyamçıları Dubay hava limanına ballistik raket atıblar.
Elchi.az xəbər verir ki, bunu Husi üsyançılarının sözçüsü Yəhya Səriyə deyib.
“Əl Musaffa neftayırma zavodu və Əbu-Dabi hava limanına dörd “Qüds-2” qanadlı raketi atılıb. Dubay aeroportu isə Zülfiqar ballistik raketi ilə vurulub”, – deyə o qeyd edib.
Qedy edək ki, Dubay hakimiyyəti hadisəni təsdiqləməyib.




