"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İƏT daha ciddi inteqrasiya olunmuş ölkələrin təşkilatına çevrilməlidir”

23 Mart 2022 - 20:16
in MANŞET

Qüdrət Həsənquliyev: “İslamabad islam dünyasının iki böyük demokratik ölkəsinin – Türkiyə və İndoneziyanın da nüvə silahına sahib olmaları üçün onlara texnoloji baxımdan yardım etməlidir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi

Qüdrət bəy, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin toplantısında Avropada müsəlmanlara qarşı düşmənçiliyin gücləndiyini bəyan edib və müsəlman ölkələrini bir-birinin yanında olmağa çağırıb. Çavuşoğlunun fikirlərinə münasibət bildirmənizi istrərdik.

– Mövlud Çavuşoğlu Azərbaycanı Türkiyə qədər sevən, Azərbaycan üçün hər cür fədəkarlığa hazır olan şəxsdir. Xalqımız onun 44 günlük savaşda etdiklərini heç zaman yaddan çıxarmayacaq. Fransa Senatının ““Dağlıq Qarabağ”ın tanınması zərurəti haqqında qərarı”, Avropa Parlamentinin “Dağlıq Qarabağ”da erməni irsinin məhv edilməsi” barədə Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə onun dediklərinin sübutudur. Müsəlman ölkələri Çavuşoğlunun dediklərinin həqiqət olduğunu bilirlər və bir-birini qorumaq üçün qəti addımlar atmalı, eyni zamanda bu ölkələrdə islahatlar genişləndirilməli, qanunun aliliyi təmin edilməli, demokratiya inkişaf etdirilməli, elm və təhsilə xüsusi diqqət yetirilməlidir. O cümlədən, müsəlman ölkələrinin və xalqların təhlükəsizliyini təmin etmək, onları kənar hücumlardan, repressiya və assimilyasiyadan qorumaq məqsədilə İslamabad islam dünyasının iki böyük demokratik ölkəsinin – Türkiyə və İndoneziyanın da nüvə silahına sahib olmaları üçün onlara texnoloji baxımdan yardım etməlidir. Həmin dövlətlər buna nail olana qədər Pakistan malik olduğu 150-yə qədər nüvə başlığından həmin ölkələrin hər birində ən azı 30-35-ni yerləşdirə bilər. İslam ölkələri iqtisadi, siyasi və hərbi baxımdan daha sıx əməkdaşlıq etməli, İƏT daha ciddi inteqrasiya olunmuş ölkələrin təşkilatına çevrilməlidir.

– Dünən Baş Qərargah rəisi Kərim Vəliyevlə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini Aleksey Kimin görüşündə Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılması məsələsinin müzakirə olunduğu mətbuata açıqlandı. Müsbət bir nəticə gözləyirsinizmi?

– 10 noyabr 2020-ci il sazişindən 1 il 4 ay vaxt keçir, amma erməni silahlı qüvvələri razılaşmanın 4-cü bəndini yerinə yetirmir, Zəngəzur dəhlizi məsələsi açıq qalır. Üçtərəfli sazişin iştirakçısı, bölgəyə sülhməramlılarını yeritmiş və bizə müttəfiq olan Rusiya bu istiqamətdə Ermənistana təzyiq etməlidir, Qarabağ üzərində suveren hüquqlarımızın bərpa olunmasına mane olmamalı, bu prosesi ləngitməməlidır. Rusiyaya deyilməlidir ki, siz bu prosesi uzatdıqca Azərbaycan xalqı sizə həmişə şübhə ilə yanaşacaq, ölkələrimiz arasında hansı sənədin imzalanmasından asılı olmayaraq, xalqlarımız arasında səmimi münasibətlər olmayacaq. Rusiya gördü ki, 44 günlük savaş zamanı saxladığı neytrallığa görə xalqımızın onlara münasibəti yaxşı mənada necə dəyişmişdi. Rusiya bu gün də görür ki, türk-müsəlman ölkələri onun Ukraynaya təcavüzünü dəstəkləməsə də ona qarşı sanksiyalara da qoşulmurlar. Rusiya bunu qiymətləndirməlidir. Axı biz başqa bir şey istəmirik, öz torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpa olunmasını istəyirik. Hazırda əlverişli bir şərait yaranıb. Bir də belə bir vəziyyət nə vaxt yaranacaq, bunu Allah bilir. Bu istiqamətdə Türkiyə də, Pakistan da Rusiya ilə açıq danışmalıdırlar. Hər iki qardaş ölkədən bunu etmələrini xahiş etməliyik, onlar da bütün kənar təzyiqlərə baxmayaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıblar. Biz eyni zamanda Ermənistana təzyiqləri artırmalıyıq. Ermənistan Qarabağdakı indiki status-kvonu qoruyub saxlamaq istəyir, ona bu imkanı verməməliyik. Qarabağ üzərində suveren hüquqlarımız tam bərpa olunmalıdır. İndi problemi həll edə bilməsək və gələcəkdə Qərbin regiona təsir imkanları artsa, ya bizi Qarabağda referendium keçirməyə məcbur edəcəklər, ya da münaqişəni dondurub mövcud status-kvonu qoruyub saxlayacaqlar. Bir daha söyləyirəm, Qərb tərəfindən yönləndirilən bəzi siyasi dələduzlar Qərbin Qarabağ məsələsində beynəlxalq hüququ, Azərbaycanı müdafiə etməməsini bizdə demokratiyanın olmaması ilə əlaqəndirməyə çalışırlar. Amma heç birimizin yadından çıxmayıb ki, 1992-ci ildə, həmin şəxslərin demokratik saydığı Elçibəyin prezidentliyi zamanı, ABŞ Qarabağdakı erməni seperatizmini dəstəkləmək üçün bizə dövlət yardımını qadağan edən sanksiya tətbiq edib. Qərb ölkələri Ukraynadakı, Gürcüstandakı və Moldovadakı seperatçılara və həmin dövlətlərdə bundan qaynaqlanan münaqişələrə Azərbaycandakı münaqişədən fərqli yanaşıb. Həmin ölkələrdə münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini müdafiə etsələr də, bizə deyiblər ki, işğalçı dövlətlə anlaşın, Qarabağda referendum keçirin və onun nəticələrin tanıyın. Digər seperatçı rejimlərdən fərqli olaraq, Qarabağdakı rejimə maliyyə dəstəyi veriblər, onunla əməkdaşlıq ediblər, rejim başçılarının öz ölkələrinə səfərlərinə mane olmayıblar. Qərbdəki islamafobiya, erməni diasporu və onların ələ aldığı satqın siyasətçilər Azərbaycanın ərazi bütövlüyü üçün ən böyük təhlükədir. Azərbaycan daha qətiyyətli hərəkət etməlidir. Səylərimizi artırsaq uğurlu nəticələrə inanıram.

xalqcebhesi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İƏT XİN başçıları Xocalı soyqırımının tanınması istiqamətində lazımi səy göstərmək barədə razılaşıblar

Next Post

Rusiya və Belarus üzgüçülük çempionatından xaric edilib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Rusiya və Belarus üzgüçülük çempionatından xaric edilib

Rusiya və Belarus üzgüçülük çempionatından xaric edilib

Avropada qazın qiyməti tarixi maksimumu yeniləyib

Dünya bazarlarında qaz ucuzlaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.