Məşhur sənətçi İbrahim Tatlısəs “Urfalıyam əzəldən” serialının yayımdan qaldırılacağı xəbərlərinə atəş püskürüb.Musavat.com-un məlumatına görə, serial kanal D-dən Star TV-yə transfer olmuşdu. Serialın yayımdan qaldırılmasına səbəb isə reytinq gətirməməsidir.
Xəbəri eşidən məşhur müğənni İbrahim Tatlısəs sosial şəbəkə vasitəsiylə od püskürüb. Tatlısəs yazıb: “Bitirin, bitirin, çünki belə əxlaqlı seriallar bizi pozur. Bizə atanın qarşısında ayağı ayaq üstünə atmaq, ataya, anaya qarşı çıxmaq, onları saymamaq kimi hekayələr lazımdır”.



