Qol.Az-ın “The Guardian”a istinadən yaydığı xəbərə görə, isveçli hücumçu deyib ki, artıq futbolçu karyerasını bitirmək istəyir:
“Futbolçu olduğum üçün vaxtımın çoxu başqa yerlərdə keçir. 6 və 8 yaşında uşaqlarım var və onlara daha çox zaman ayırmaq istəyirəm. Buna görə də futbolçu karyeramı bitirib, yaxşı ata olmağı düşünürəm. Karyeramın zirvəsində futboldan getməliyəm”.




