"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İcbari tibbi sığorta ilə bağlı bir neçə müəssisədə nöqsan…

01 May 2023 - 11:35
in SOSİAL

Bu ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 12 tibb müəssisəsini monitorinqlərə cəlb edib.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Agentlikdən Elchi.az-a verilən məlumata görə, monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Abşeron rayonunda fəaliyyət göstərən Hökməli, Qobu, Mehdiabad, Novxanı, Xırdalan ailə sağlamlıq mərkəzlərində keçirilib.

Qeyd olunub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində aparılan monitorinqlərin başlıca məqsədi icbari tibbi sığorta işinin təşkili prosesini qiymətləndirməkdir.

Qiymətləndirmə zamanı əsas götürülən meyarlar göndəriş vərəqəsinin rəsmiləşdirilməsi, qəbul və qeydiyyat prosesinin tənzimlənməsi, icbari tibbi sığorta haqqında maarifləndirici vasitələrin mövcudluğu, sığortaolunanların şikayətləri üzrə düzgün istiqamətləndirilməsi, tibb və qeyri-tibb işçilərinin icbari tibbi sığorta haqqında məlumatlılıq səviyyəsi, növbələrin düzgün idarə olunması və digər məsələləri əhatə edib.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, monitorinqləri qurumun müvafiq struktur bölməsinin məsul əməkdaşlarından ibarət işçi qrupu aparır: “Ehtiyac olduqda digər struktur bölmələrin mütəxəssisləri də qrupa cəlb olunur. Monitorinqlər adətən planlı şəkildə cədvələ uyğun aparılır. Əlavə olaraq müxtəlif səbəblərdən ən çox şikayət daxil olan tibb müəssisələri də monitorinq olunur. Aprel ayından etibarən Agentliyin filialları tərəfindən monitorinqlər regionlarda təşkil edilir. Gələcəkdə analoji monitorinqlərin Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində də aparılması nəzərdə tutulur”.

O əlavə edib ki, monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir: “Bir müddət sonra müvafiq tibb müəssisəsində ilkin yoxlama zamanı meydana çıxan problemlərin aradan qaldırılması ilə bağlı təkrar monitorinq aparılır. Çatışmazlıqlarla yanaşı xəstəxanalarda icbari tibbi sığortanın təşkili sahəsində əldə olunan uğurlu nəticələrlə bağlı məlumatlar toplanılaraq digər tibb müəssisələri ilə paylaşılır”.

Monitorinqlər nəticəsində məlum olub ki, bir sıra tibb müəssisələrində qeydiyyat prosesinin aparılması, növbələrin idarəedilməsi, göndərişlərin rəsmiləşdirilməsi ilə bağlı işlərin təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, pasiyent axınının effektiv idarəedilməsi üçün müvafiq xəstəxanalarda növbə tənzimləyən sistemin quraşdırılması təklif olunub. Həmçinin, həkim qəbuluna qeydiyyatın “e-Tabib” mobil tətbiqi üzərindən aparılması məqsədəuyğun hesab edilib. Digər bir təklif tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlər haqqında məlumatların gündəlik qaydada elektron sistemə daxil edilməsi ilə bağlıdır. Çünki olur ki, vətəndaş dövlət xəstəxanasından hər hansı xəstəxanaya göndərişlə müraciət etdikdə diaqnostik avadanlığın işləməməsi səbəbindən tələb olunan müayinədən keçə bilmir. Vaxtında məlumatlandırma isə vətəndaşlara daha operativ xidmətlərin göstərilməsinə və onların məmnunluğunun təmin olunmasına şərait yaradacaq.

Monitorinqlər zamanı vətəndaşların ambulator tibbi xidmətlər üçün yaşadıqları ərazidən uzaq məsafədə yerləşən rayon mərkəzi xəstəxənalarına müraciət etmələri müşahidə olunub. Bu kimi hallar öz növbəsində mərkəzi xəstəxanaların yüklənməsinə səbəb olur. Qeyd edilən halların obyektiv səbəbi rayon ərazilərində yerləşən ailə sağlamlıq mərkəzlərinin olduqca dar sahədə xidmət göstərməsi ilə əlaqələndirilir. Yaranmış vəziyyətin aradan qaldırılması üçün ambulator-poliklinik tibb müəssisələrində ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi üçün zəruri addımların atılması təklif olunub. Təkliflərin əsas məqsədi vətəndaşlara yaşadıqları yer üzrə ilkin tibbi-sanitariya yardımını və ambulator tibbi xidmətləri əlçatan etməkdir.

Qeyd edək ki, ötən ilin oktyabr ayında başlanılan monitorinqlər artıq Bakı şəhərinin 1, 5, 6, 8, 9, 12, 17, 19, 24, 25 və 26 saylı şəhər poliklinikaları, 7, 12, 13, 20 saylı uşaq poliklinikaları, Kliniki Tibbi Mərkəz, Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanasını əhatə edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həftə sonu 3 gün qeyri-iş günü olacaq

Next Post

FHN-in Cənub Regional Mərkəzində zona birinciliyi keçirildi

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
FHN-in Cənub Regional Mərkəzində zona birinciliyi keçirildi

FHN-in Cənub Regional Mərkəzində zona birinciliyi keçirildi

Gəncədə məktəbli qəfil vəfat etdi

Məktəbin qarşısında 7 yaşlı uşağı maşın vurub öldürdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.