"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İçimizdəki xəyanət şəbəkəsi – irançılar, amerikaçılar, rusçular…

29 Avqust 2022 - 16:49
in SİYASƏT

“Gözlənilən oldu. Ssenari təkrarlandı. Azərbaycan uğur ərəfəsində, ya da uğur qazandıqdan sonra əks-kampaniya başlayır. O uğurdan diqqəti yayındırmağa çalışırlar. Gündəmi dəyişmək lazımdır axı…
Laçın, Zabux, Sus qələbəsinə cavab özünü gecikdirmədi. Azərbaycanlıların qərbçi, irançı, rusçu olmalarını seyr etmək ağrılıdır. Çox deyillər, fəqət az da sayılmazlar. Bunlara imkan verilsə, nələr etməzlər, nələr. Demokratiya, insan haqları, din, inanc pərdəsi altında Azərbaycanın köklü maraqlarına qarşı açıq şəkildə çıxanlar, başqa ölkənin vətəndaşları deyillər. “Özümüzünkülərdi”. Olmaz olsun belə özü.
Prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ və Fransa səfirləri haqda açıqlaması bəlli qruplar tərəfindən hədəf alındı”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə əməkdar jurnalist Azər Ayxan Feysbuk hesabında bildirib.

O, qeyd edib ki, ən müxtəlif arqumentlərlə Amerikanı, Fransanı, istənilən Avropa ölkəsini, beynəlxalq təşkilatı müdafiə etmək olar:

“Mövzu Azərbaycanın maraqlarıdırsa, ölkəmizin ərazi bütövlüyüdürsə, Qarabağdırsa, dayanmaq lazımdır. Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə hörmətsizlik edən diplomatı, ölkəni, təşkilatı müdafiə etmək yumşaq desək, öz dövlətinə qarşı çıxmaqdır. Burda hansısa arqument köməyə gəlmir. Maskalar cırılır, gerçəklər üzə çıxır. Ya öz ölkəndən yana olmaq var, ya başqa ölkələrin maraqlarına nökərçilik etmək. Hakimiyyətə müxalifət adı ilə hər fürsətdə Azərbaycana qarşı çıxmağın adını siz qoyun…
Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq tədbirə qatılmamalarını tənqid edib. Sitat: “ABŞ və Fransa növbəti dəfə Şuşaya getməkdən imtina edib və bu gün onlar burada iştirak edən xarici diplomatlar arasında yoxdur. Bununla da onlar Azərbaycan hökumətinin dəvətinə açıq hörmətsizlik ediblər. Biz bunu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndiririk”.
Durumun dəqiq və birmənalı qiymətini verib Hikmət Hacıyev. Başqa nə deməli idi? Haqq qazandırardı? Deyərdi ki, düz edib dəvətimizi qəbul etməyiblər? İndiyədək oxşar davranışları hansı ölkənin səfiri edibsə, qınanıb. Qınanmalıdır! Adamdan soruşarlar, xeyir ola, niyə dəvətimizi qəbul edib Qarabağa getmirsən? Ermənistana, erməni diasporuna dəstək verirsən? Mesaj ötürürsən ki, baxın, Azərbaycanda fəaliyyət göstərsək də, sizinləyik?
Dünya bilməlidir ki, azərbaycanlılar ərazi bütövlüyü, müstəqillik və s. bu kimi mövzularda heç kimə, heç bir ölkəyə güzəştə getmirlər. Necə ki bu mövqeni xalq olaraq 30 il nümayiş etdirdik. Torpaqlarımız işğal edildi, dədə-baba torpaqlardan didərgin düşdük, amma ümidimiz ölmədi. “Nə vaxtsa qayıdacağıq, geri alacağıq” dedik. Və dediyimizin üstündə durduq, düşündüyümüzü etdik.
Vətən müharibəsi başlatdıq. 44 gün savaşdıq. İşğalın və işğalçının başını əzdik. “Artsax” “ideologiyası”nı tarixin zibilliyinə gömdük. Dünya gördü ki, mövzu Vətəndirsə, Qarabağdırsa, azərbaycanlılar bu uğurda ölməkdən belə qorxmurlar. Ortaya birlik modeli qoya bildik. Qələbənin ən əsas şərtlərindən biri dövlət-millət birliyidir. Buna nail olduq. Türkiyə-Azərbaycan birliyi də bu işdə öz işini gördü. “Tək millət-tək dövlət” konsepsiyası dövriyyəyə girdi. O vaxt da narahat idi irançılar, qərbçilər, rusçular. Sadəcə ictimai qəzəbdən qorxduqları üçün səslərini çıxara bilmirdilər. İndi bir az ürəkləniblər. Bu adamlara güzəşt haqqı tanınmamalıdır. Dövlətin gözü və xalqın qınağı bunların üzərindən əskik olmamalıdır.
Qarabağ məsələsində bir-birinə zidd qüvvələr, bir-biri ilə düşmən olan ölkələr hər zaman bir olub – həm fikircə, həm əməlcə. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməməsi üçün İran da, ABŞ da, Avropa da, Rusiya da ortaya açıq mövqe qoyublar. Nə yazıq ki, bu mövqe hər zaman işğalçı Ermənistanın xeyrinə olub. Biz dünyadan ədalət gözləsəydik, BMT qətnamələrinin icrasına ümid etsəydik, nə Qarabağı işğaldan qurtara bilərdik, nə ərazi bütövlüyümüzü bərpa edərdik.
Bəzən dünyanın böyük gücləri sənə qarşı olanda ortaya iradə qoyub, savaşırsan və qalib olursan. Biz qalibik. Dünya güclərinin bütün növ xəyanətinə, ikiüzlülüyünə rəğmən, Vətənin bütövləşməsi prosesini uğurla aparırıq. Bir yumruqluq canı oldu bu xəyanətlərin. Bir yumruqluq canı da qalmayıb işğalçının. Bura qədər bacardıqsa, indən sonrasının da öhdəsindən gələcəyik.
Biz işğalçının başına necə yumruq endirdiksə, xəyanətin, xəyanətkarların da dərsini o şəkildə veririk, verəcəyik”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Ukrayna taxılını bu yolla daşıyır

Next Post

Bakıda bu yol bağlı olacaq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Bakıda bu yol bağlı olacaq

Bakıda bu yol bağlı olacaq

İraqda etirazçılar Respublika Sarayına basqın etdi – Foto

İraqda etirazçılar Respublika Sarayına basqın etdi – Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.