Bəzi qidalar şiddətli baş ağrısını sakitləşdirməkdə sizə yardımçı ola bilər.
Axar.az baş ağrısından xilas olmanıza kömək edəcək 4 qidanı təqdim edir.
Küncüt
Salata, şorbalara küncüt əlavə edin, bu qida miqren ağrısının qarşısını alır. Küncüt qan dövranını da tənzimləyir.
Badam
Araşdırmalara görə, badamın tərkibində olan maqnezium damarları rahatlaşdırır, baş ağrısının qarşısını alır. Həkimlər xüsusilə miqren şikayəti olan şəxslərə badam yeməyi tövsiyə edir.
İspanaq
Qan təzyiqini salan ispanaq, eyni zamanda, baş ağrısını kəsir.
Qaynadılmış kartof
Spirtli içki qəbul etdikdən sonra yaranan baş ağrısını aradan qaldırmaq üçün qaynadılmış kartof yeyin.




