Milli Məclisin bu günə təyin olunan plenar iclası təxirə salınıb.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın vaxtı 15 may tarixinə keçirilib.
Milli Məclisin rəsmisi qeyd edib ki, deputatlarımız xarici ölkələrdə bir sıra tədbirlərdə iştirak edəcək: “Deputatların xeyli hissəsi xarici ölkələrdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək. Bir hissəsi isə 9 May Qləbə Günü ilə bağlı mərasimlərə qatılacaq”.
Akif Təvəkküloğlu həmçinin əlavə edib ki, Milli Məclisin gündəliyinə əlavələr edilə bilər. Onun sözlərinə görə, bu səbəblər nəzərə alınaraq parlamentin bu günə olan iclası təxirə salınıb.



