"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İçməli sudan qanunsuz istifadə halları aşkarlandı

04 Aprel 2023 - 16:18
in CƏMİYYƏT

Azərsu ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin xidməti ərazisində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.
Bu barədə Elchi.az-a qurumdan bildirilib.
Məlumata görə, rayonun Xocəsən qəsəbəsində fəaliyyət göstərən beton istehsalı müəssisəsində suyun talanması aşkar edilib. 3 ay əvvəl müəssisənin su təchizatı sistemlərinə baxış keçirilən zaman sayğacdankənar xətdən istifadə edildiyi müəyyən edilərək dəymiş ziyan hesablanıb. Həmin xəttin ləğv edilməsinə baxmayaraq, obyekt sahibi şəbəkəyə yenidən özbaşına qoşulub.
Nəzarət tədbirləri zamanı Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində fəaliyyət göstərən restoran, market, daşınmaz əmlak ofisi və avtoyuma məntəqəsində sayğacdankənar çəkilmiş əlavə xətt ləğv edilib.
Sulutəpə qəsəbəsində yerləşən kafenin sahibi isə təchizatçı şirkətlə müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edirmiş. Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci şimal küçəsində fərdi yaşayış evinin tikintisi ilə məşğul olan şəxsin tikdiyi evdə də sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.
Aşkarlanmış hallar üzrə akt tərtib olunub, qanunsuz su xətləri ləğv edilib. Eyni zamanda su şəbəkəsinə qanuni qoşulma ilə bağlı vətəndaşlar məlumatlandırılıb. Bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravlik rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısını alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır.
Bu ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 2 958, Binəqədi rayonu üzrə 633 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” üzrə 900 min kubmetr, Binəqədi rayonu üzrə 176 min kubmetr sərfiyyat bərpa olunub.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Togg”un sayca ikinci modeli Azərbaycana gətirildi

Next Post

Kabanyan: Bakı haqlıdır!

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Qarabağ erməniləri Bakıda: Vəziyyət dəyişəcək!

Kabanyan: Bakı haqlıdır!

İlham Əliyevə “Togg” təqdim olundu – Foto

İlham Əliyevə “Togg” təqdim olundu - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.