"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İcma: BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi cəfəng iddialarla çıxış edib

03 Dekabr 2023 - 21:12
in SİYASƏT

BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya “Qarabağda erməni mədəni irsinin dağıdılması” barədə cəfəng iddialarla çıxış etmişdir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

“İlk öncə vurğulamaq istərdik ki, xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir.

Xüsusi məruzəçinin Azərbaycanın suverenliyini təhdid edən iddialarını kəskin şəkildə pisləyir və qətiyyətlə rədd edirik.

Xüsusi məruzəçinin “Dağlıq Qarabağ”, “Mardakert”, “Karmir Şuka”, “Xramort” kimi qondarma toponimlərdən istifadə etməsi də yolverilməzdir. BMT-nin xüsusi məruzəçisi qoy gedib elə BMT-nin özünün məhz ölkələrin təqdim etdiyi toponimlərdən istifadə edilməsinin vacibliyinə dair sənədləri ilə tanış olsun.

“Ermənilərin Laçından deportasiyası”ndan danışan BMT-nin xüsusi məruzəçisinin beynəlxalq hüquqa qarşı hörmətsizliyi və ştatlı azərbaycanofoba çevrilməsi, zavallı duruma düşməsi acınacaqlıdır. Bu məktub BMT-nin özünü gözdən salır. Təəssüflə bildiririk ki, Azərbaycan xalqının həm Ermənistanda, həm də vaxtilə işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin dağıdılmasına BMT, UNESCO tərəfindən reaksiya verilməmiş, susqunluq nümayiş etdirilmişdir.

Sən demə, xüsusi məruzəçi həm də Qafqaz Albaniyası ilə bağlı mütəxəssis imiş və udi icmasının Qarabağda dini ocaqları ziyarət etməsi onun yaman xətrinə dəyib.

Xüsusi məruzəçi İrəvanda Göy Məscidin “Azərbaycan irsi”olmadığını bildirir. Ümumiyyətlə, A.Xantakinin bu cəfəng iddialarla məqsədinin nə olduğu bilinmir. Əgər A.Xantakinin məqsədi “erməni irsi”dirsə, onda onun Göy Məscidlə nə işi var!”, – İcmadan bildirilib.

Xüsusi məruzəçi həm də qəsdən Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edib: “Xüsusi məruzəçi öz kobud səhvini düzəltməli və Azərbaycan xalqının mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə münasibət bildirməli və bununla bağlı Ermənistan hökuməti ilə təmasa keçməlidir. Əks təqdirdə onun etnik və dini simpatiya əsasında fəaliyyət göstərməsi və azərbaycanofob olması tam sübut olunacaq.

Ümumiyyətlə, belə təəssürat yaranır ki, A.Xantakinin belə qərəzli olmasının səbəblərindən biri də onun Yunanıstandan olmasıdır. Xüsusi məruzəçini mandatına uyğun olaraq müstəqil və qərəzsiz şəkildə fəaliyyət göstərməyi, Azərbaycana qarşı düşük iddialara son qoymasını tələb edirik”, – İcmadan əlavə olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yəmənin husi üsyançıları Britaniya gəmisinə hücum edib

Next Post

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər

Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.