“Rəbbimizə sonsuz minnətdarlığımızı bildiririk ki, bizə belə bir böyük hədiyyə etdi – artıq Pasxa bayramını azad olunmuş torpaqlarda qeyd edirik”.
Bunu Xocavəndə səfər edən “Vineyard Azərbaycan” Xristian Dini İcmasının rəhbəri Emil Pənahov deyib.
“Torpaqlarımız işğalda olduğu 30 ildə daim dua etmişik. Eşidirdik ki, işağlçılar dağıtmaqla məşğuldur, amma inanırdıq ki, rəbbimiz bərpa edəndir. Bu gün baş verənləri öz gözlərimizlə gördük. Xalqımız öz dəyərlərinə sadiqdir, inanıram ki, tez bir zamanda hər şey öz yoluna düşəcək. İnsanlarımız tezliklə doğma torpaqlarına geri dönəcək, burada hər zaman dini ayinlər icra olunacaq”, deyə E.Pənahov bildirib.





